У нас вы можете посмотреть бесплатно FPV dron kursu 1-ci dərs, Flight Controller или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Sosial şəbəkə hesabları: İnstagram: https://www.instagram.com/techron.az?... Tiktok: https://www.tiktok.com/@techron.az?_r... Bu günkü dərsimizdə “Flight Controller” yəni uçuş nəzarətçisi nədir və necə işləyir suallarına aydınlıq gətiririk!, Flight controller (uçuş nəzarətçisi) — dronun “beyni” sayılır və onun sabit uçuşunu, balansını və idarəetməsini təmin edir. Növbəti dərslərdən xəbərdar olmaq üçün abunə olmağı və bildirimləri açmağı unutma. Uçuş nəzarətçisi (Flight Control - FC) dronun “beyni” sayılır. Bu cihaz dronun hərəkətini və istifadəçidən gələn əmrləri algılayan müxtəlif sensorlara malik elektron idarəetmə lövhəsidir. Gələn bu məlumatları analiz edərək, dronun əmrlərə uyğun şəkildə hərəkət etməsini təmin etmək üçün mühərriklərin sürətini idarə edir. Flight Controllerseçimi necə edilməlidir? 1. Fiziki ölçü və çəki Əgər hazırlayacağımız dronda yer məhdudiyyəti varsa, kartın ölçülərinə diqqət yetirməliyik. Əgər sürət əsas məqsəddirsə, hər bir qramın önəmini nəzərə alaraq mümkün qədər yüngül bir model seçmək lazımdır. 2. Prosessor növü Uçuş kontrolörlərindəki prosessorlara mikronəzarətçi (MCU) deyilir. Onlar uçuş proqramını yadda saxlamaq, sensorlardan gələn məlumatları emal etmək və bütün hesablama əməliyyatlarını yerinə yetirmək üçün istifadə olunur. Hazırda autopilotlarda əsasən 5 növ prosessor istifadə edilir: F1, F3, F4, F7 və H7. Onlar arasındakı fərq — hesablama sürəti və yaddaş həcmi ilə ölçülür. 3. Sensor tərkibi Alacağınız autopilotun hansı sensorlara malik olduğunu dəqiq bilməlisiniz. Əsasən bu sensorlar vacibdir: 1. İvmeölçər (Accelerometer): Dronun oxlar üzrə hərəkətini izləyir. 2. Jiroskop (Gyro): Dronun sağa, sola əyildiyini, yuxarı-aşağı vəziyyətdə olub-olmadığını müəyyən edir. 3. IMU sensörü: Dronun həm istiqamətini, həm də hərəkətini ölçür. IMU tərkibində həm jiroskop, həm də ivmeölçər olur. 4. Barometr: Hava təzyiqini ölçür və dronun hündürlüyünü (irtifasını) autopilot sisteminə ötürür. 5. Pusula (Compass): Dronun istiqamətini — şimal, cənub, şərq, qərb yönlərini göstərir. Lakin autopilot üzərində pusulanın olması zəruri deyil. GPS modulu pusulalı olacaqsa, autopilotda əlavə pusula problemi yarada bilər. Çünki iki pusuladan biri səhv və ya uyğunsuz məlumat göndərərsə, bu, dronun idarədən çıxmasına qədər gedib çıxa bilər. UART və I2C portları UART — uçuş kontrolörünün əlaqə portudur. Bu portlar vasitəsilə GPS, telemetriya, ya da digər modullar qoşulur. I2C isə pusula və ya pusulalı GPS modullarını bağlamaq üçün istifadə olunur. Əgər seçdiyiniz autopilotda I2C portu yoxdursa, o zaman pusula qoşmaq və otonom uçuş etmək mümkün olmayacaq. Bu portlarda SDA və SCL pinləri olur. Əgər bu pinlər “pad” tipindədirsə, lehimləmə zamanı qopma ehtimalı çoxdur. Buna görə yeni başlayanlara dəlikli pinləri olan autopilotlar tövsiyə olunur. Mühərrik çıxışları Ən sadə autopilotlar 4 mühərrikli dronlar (quadcopter) üçün nəzərdə tutulur. Əgər hexa (6 mühərrikli) dron yığmaq istəyirsinizsə, 6 PWM çıxışı olan autopilot seçməlisiniz. 8 mühərrikli octacopter üçün isə Pixhawk, DJI A3/N3 və ya CUAV kimi sistemlərə üstünlük vermək lazımdır. AIO (All-in-One) modellər Bəzi autopilotlarda PDB (Power Distribution Board) kartı birləşdirilmiş olur. Bu tip modellərə AIO deyilir. Bu, müəyyən üstünlüklərlə yanaşı bəzi mənfi cəhətlər də daşıyır: • AIO modellərdə komponentlər daha sıx yerləşdiyi üçün pinlər (xüsusən pad tipli olanlar) çox həssas olur. • Lehimləmə daha çətindir və səhv lehim kartın sıradan çıxmasına səbəb ola bilər. • ESC-lərin enerji kabelləri də (müsbət və mənfi) eyni kart üzərindən keçdiyi üçün manyetik müdaxilə (kirlilik) artır. Bu isə sensorların düzgün işləməsini çətinləşdirə və bəzi hallarda ciddi problemlər yarada bilər