У нас вы можете посмотреть бесплатно Şəhid Tiqana Azərbaycanın ən gənc döyüşçüsü или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Tiqana Cəbrayıl ərazisinin dağ , meşə yollarını yaxşı tanıdığı üçün kəşfiyyatçılara bələdçilik edirdi. O , eyni zamanda , texniki vasitələrin olmadığı bir zamanda döyüşən əsgər və zabitlərin səhra poçtalyonu idi. Ailələrə , yaxınlarından xəbər tuta bilməyənlərə xəbər gətirib - aparırdı. Tiqana hərdən evlərinə gedir , valideynləri və bacıları ilə görüşürdü. Əsgərlərimizin göstərdiyi əzmkarlığa rəğmən döyüşlər gündən - günə qızışırdı. Düşmən getdikcə daha da quduzlaşır , kəndlərə hücum edərək , camaatı vahimədə saxlayırdılar. Yavaş - yavaş kəndlər boşalır , camaat Arazboyu kəndlərə istiqamət alırdı. Tiqananın bu gedişə balaca ürəyi dözmür , gedənlərin qarşısını kəsərək , onları kəndlərini qoyub getməməyə səsləyirdi. Lakin , hər şey Azərbaycanın əleyhinə işləyirdi. Böyük qardaşına arxalanan düşmən torpaqlarımızı işğal etməkdə irəliləyirdi... 1993 - cü ilin avqust ayının 15- də Daşbaşıda gedən qanlı döyüş zamanı balaca ürəyində böyük Vətən yaşadan cəsur qəhrəmanın sinəsini düşmən gülləsi parçalayır. Samir Tiqana əbədi olaraq öz yurdunun qeyrət rəmzinə çevrilir. " Bölük komandiri Əli Məcidov onun haqqında danışarkən gözləri dolur : ən çətin manevrlərdə qorxu hissinin nə olduğunu bilməyən , peşəkar döyüşçülərin belə cəsarət etmədiyi əməliyyatlara hamıdan öndə gedən Tiqananın ölümqabağı dediyi sözlər ürəyimi parçaladı : - " Məni ölməyə qoymayın " ( " İlham çeşməsi" qəzeti 15 may 2013 - cü il) Lakin , şəhidlər heç zaman ölmürlər. Onlar ölümsüzlük zirvəsinə yüksələrək , sevdiklərinə və onları sevənlərə göylərdən baxaraq gülümsəyirlər. Bu gün Tiqananın döyüşdüyü o dağlarda , uyuduğu o məzarlıqda düşmən gəzsə də , ən müasir silahlarla silahlanmış Azərbaycan ordusunun düşmən tapdağı altında inləyən Vətən yarasına məlhəm olmağa gücü və qüvvətli çatır. 2016 - cı ilin 4 - günlük Aprel müharibəsi bunu bir daha sübut etdi. Samir Tiqanananın doğma torpağı olan Cəbrayıl yaxınlığında yerləşən Cocuq - Mərcanlıda bu gün insanların məskunlaşması , gündəlik həyatlarının davam etməsi , toy - nişan məclislərinin keçirilməsi Cəbrayılın və digər işğalda olan ərazilərimizin xilasının çox yaxın zamanda olması inamını daha da gücləndirir. 15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamızın və yüzlərlə digər Şəhidlərimizin də ruhu Azərbaycan ordusunun qələbə bayrağını Xankəndinə sancacağı , ləyaqəti ayaqlar altına atılmış qız - gəlinimizin qisasını alacağı gün sakitlik tapacaq. O gün isə uzaqda deyil.. Music: Gülyanaq Məmmədova - Mən Bu Ömrü Elə Belə Yaşadim Çəkdiklərinizi bizə göndərin ► +994 70 894 02 03 (whatsapp) Facebook səhifəsi ► / g%c3%bcn-tv-. . Digər videolarımız ►https://www.youtube.com/channel/UCMR1... E-mail ►[email protected]