У нас вы можете посмотреть бесплатно Köməkçisi Surət Hüseynovun ölümündə bilinməyənləri açıqladı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Köməkçisi Surət Hüseynovun ölümündə bilinməyənləri açıqladı Azərbaycanın keçmiş Baş nazirlərindən biri Surət Hüseynovun ölümü ilə bağlı yeni detallar ortaya çıxıb. Mərhumun köməkçisi Könül Rafiqqızı BBC-yə açıqlamasında S.Hüseynovun tədricən zəhərləndiyini iddia edib. Onun sözlərinə görə, keçmiş Baş nazirin heç bir xəstəliyi olmayıb, amma bir il öncə Türkiyədə “taqətdən düşəcək qədər zəifləməyə” başlayıb. BBC Azərbaycanca İstanbulda səhhəti pisləşən Surət Hüseynovun ilk gətirildiyi Arnavutköy Dövlət Xəstəxanasından öyrənə bilib ki, təcili yardım hadisəsi ilə bağlı “intihar, zəhərlənmə və ya zərbə şübhəsi” olduğu üçün Surət Hüseynovun qeydiyyatı “adli durum” kimi aparılıb. “Şəxsin sağlamlığının pisləşməsinə səbəb olan vəziyyətə görə şəxsin özünün və ya digər şəxslərin məsuliyyət daşıya biləcəyinə dair şübhələrin olduğu hallar” “adli durum” kimi qiymətləndirilir. Avqustun 31-i yaxınları onun komaya düşdüyünü və İstanbulda xəstəxanaya aparıldığını demişdi. BBC-nin əldə etdiyi məlumata görə, o, əvvəlcə İstanbuldakı Arnavutköy Dövlət Xəstəxanasına, ordan isə Medipol Meqa Üniversitetinin xəstəxanasına aparılıb. Türkiyənin “Cümhuriyyət” qəzeti Medipol Meqa Universitetinə istinadən bildirir ki, Surət Hüseynov avqustun 31-i səhər saatlarında İstanbul hava limanında şüurunu ani itirməsi və ürəyinin dayanması səbəbi ilə xəstəxanaya gətirilib. Bütün müdaxilələrə baxmayaraq, həyatını itirib. Medipol Meqa Universitetinin yaydığı açıqlamada bildirilir ki, Surət Hüseynov əvvəlcə Arnavutköy Dövlət Xəstəxanasına aparılmış, sonra isə üçüncü səviyyədə reanimasiya olan Medipol Meqa Universitetinə gətirilmişdi. “İlk müayinədə onun huşsuz olduğu, təbii tənəffüs və ürək döyüntüsü olmadığı məlum olub. Bu vəziyyətdə reanimasiya müdaxiləsi davam etdirilib və lazımi tibbi müalicələr aparılıb. Lakin bütün cəhdlərə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb”, – “Cümhuriyyət” qəzeti universitetin açıqlamasına istinad edib. “Cümhuriyyət” Surət Hüseynovun nəşinin tibbi ekspertizaya göndərildiyini yazıb. Abunə ol ☛ / @bakutv ❂❂❂❂❂ • QARABAĞ XRONİKASI • ARZUNUN VAXTI • SONUNCU ŞAHİD ❂❂❂❂❂ https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv Köməkçisi Surət Hüseynovun ölümündə bilinməyənləri açıqladı ❂❂❂❂❂ 2023 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #SurətHuseynov #ölum #bilinməyənlər #keçmişbaşnazir #trend #sondəqiqə #keşfet #sondeqiqe #sonxeberler #gündəm #sonxəbərlər