У нас вы можете посмотреть бесплатно Albaniya Sassani İmperiyasının Tərkibində, Azərbaycan Tarixi 6.23 və 6.24 или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Parfiya dövlətinin süqütu ilə bu torpaqlarda yaranmış sassanilər dövlətidə özündən əvvəlki dövlətlər kimi Roma imperiyası ilə müharibələr aparmışdır, eramızı 260-cı ilində Sasani hökümdarı I Şapur Roma ordusunu məğlub etmiş və, öz qələbəsi barədə qonşu ölkələrə xəbər göndərərək onlardan itaət göstərmələrini tələb etmişdi. Bu zaman Albaniyada hakimiyyətdə I Vaçe sassanilərin bu tələbini qəbul etməsədə, daha sonralar digər ölkələr kimi Albaniyada Sasanilər dövlətinin tərkibinə qatıldı. İndiki İran İslam Respublikasının ərazisində, Əhəmənilər və Sasanilər dövrünə aid kitabələrin qorunduğu Nəqşi Rüstəm adlanan məbəd vardır, bu məbəd divarlarında 262 ci ildə I Şapur tərəfindən yazdırılmış, Sasanilərə tabe olan 27 ölkənin içərisində Azərbaycanın Atropatena və Albaniya dövləti ilə yanaşı Balasakan vilayətinində adı çəkilir .O zamanlar Kür və Araz çaylarının qovuşduğu ərazilərdə türkmənşəli saklar yaşayırdı və onların adı ilə bu ərazilər Balasakan adlanırdı, daha sonralar bu ad Paytakaran, və Beyləqan kimi dəyişmişdir I Şapurun ölümündən sonra Albaniya qismən müstəqilliyini bərpa etsə də, Sasanilər dövlətindən siyasi asılılığı davam edirdi. IV əsrin sonuna yaxın bütün Cənubi Qafqaz Roma ilə Sasani dövləti arasında bölünmüşdü. Bu bölgüdə Albaniya Sasanilərin payına düşmüşdü. Sasani şahından asılı olduğuna görə Albaniya bu müharibələrdə Sasani ordusunu həm hərbi qüvvə, həm də ərzaqla təmin etməli idi. 371-ci ildə Roma və Sasanilər arasında baş verən Dzirav döyüşünün nəticəsi Albaniya üçün ağır olmuşdu. QBu döyüşdən sonra Albaniya Uti, Sakasen, Girdman vadisi və Kolt vilayətlərini itirmişdi.387-ci ildə Roma ilə Sasanilər arasında sülh müqaviləsi bağlandıqdan sonra Albaniya yenidən itirdiyi vilayətlərinə sahib olmuşdu. Albaniyada əhali bütpərəstlik və zərdüştiliyə etiqad edirdi. Bütpərəstlər daş heykəllərə sitayiş edirdilər.IV əsrin əvvəllərindən etibarən Albaniyada xristianlıq yayılmağa başlamışdı. Lakin əhali xristianlığa qarşı ciddi müqavimət göstərirdi. Alban hökmdarı Urnayr 313-cü ildə xristianlığı qəbul etmişdi. O, xristianlığı dövlət dini elan etdi. Lakin bu din ölkədə ümumi dinə çevrilə bilmədi. Hökmdar və əyanların bir hissəsi xristianlığı qəbul etsə də, sadə əhali bütpərəstliyə və atəşpərəstliyə etiqad edirdi. Albaniya V əsrin 1-ci yarısında . Albaniya Arşaki hökmdarı Asuagenin dövründə ölkənin mədəni həyatında ciddi irəliləyişlər olmuşdu. Bu dövrdə köhnə alban əlifbası üzərində yeni alban yazısı yaradıldı. Alban uşaqları təhsilə cəlb olundu. Hökmdar vilayətlərdə uşaqlara yazını öyrətməyi, onları məktəblərə göndərməyi əmr etdi. Əlifba qəbul edildikdən sonra dini kitabları və başqa əsərləri Suriya və yunan dilindən alban dilinə tərcümə etməyə başladılar. V əsrin ortalarında Albaniyada II Vaçe hakimiyətə gəldi, o sasanilərlə qohumluq əlaqələrinə malik idi. II Vaçe xristianlıqdan imtina etmiş və atəşpərəstliyi qəbul etmişdi. Qohumu Sasani şahı II Yezdəgirdin vəfatından sonra o, zərdüştilikdən imtina edərək Sasani hakimiyyətindən çıxdı. II Vaçe hətta Dərbənd keçidini tutmuş, massagetləri öz tərəfinə çəkmiş və Qafqazın on bir hökmdarı ilə ittifaq yaratmışdı. Hakimiyyətdə olan şahənşah Firuzun II Vaçenin bu siyasətindən xəbəri olsa da, qohumluq əlaqəsinə görə ona qarşı ciddi tədbir görmürdü. II Vaçe də Firuza qarşı düşmən münasibət bəsləmirdi. O, hətta Firuzun şərəfinə Firuzabad adlanan şəhər saldırmışdı. Həmin şəhər onun hakimiyyəti illərində ölkənin paytaxtına çevrildi.Şimaldan qonşu tayfaların hücumları ilə bağlı ölkənin paytaxtı Kür çayının sol sahilindən sağ sahilinə keçirildi. Lakin bu sabitlik uzun sürmədi. II Vaçenin sərbəst siyasəti Firuzu narahat etməyə başlamışdı. Albaniyada xristian dininin yayılmasına, sasanilər kimi hunlar da qarşı idilər. Şahənşah Firuz II Vaçeyə qarşı, bu amildən istifadə etdi. Münasibətlər kəskinləşəndə Firuz hunları alban hökmdarına qarşı müharibəyə qaldırdı. Haylandur hunları 462-ci ildə Albaniyaya soxuldular. Müharibə bir il uzandı və II Vaçenin hakimiyyətdən əl çəkməsi ilə nəticələndi. II Vaçenin xahişi ilə atasından miras qalan mülkü şahənşah Firuz ona verdi. II Vaçedən sonra 30 il ərzində Albaniya öz müstəqilliyini itirdi və sassani mərzbanı tərəfindən idarə olundu. Sasani şahı Balaşın dövründə yerli hakimlərdən olan Vaçaqanın Albaniyada hakimiyyətə gəlməsi üçün şərait yarandı. O, III Vaçaqan adı ilə hakimiyyəti ələ aldı. Onun hakimiyyəti dövründə xristianlar 488-ci ildə dini məclis çağırıb xristian dininə aid qanunlar qəbul etdilər. Lakin bu din müxtəlif tədbirlərə baxmayaraq, Albaniyada kök sala bilmədi. III Vaçaqan əhaliyə zorla xristianlığı qəbul etdirməyə çalışırdı. Bütpərəstlər, atəşpərəstlər və başqa dinlərə etiqad edənlər təqib olunurdular. Xristianlığı təbliğ edən məktəblər açılır, məbədlər tikilirdi. Amaras alban abidəsi Azərbaycan Respublikasının Xocavənd rayonunda yerləşir. Bir zamanlar burada alban din xadimi dəfn olunmuş və məbəd albanların ziyarətgahına çevrilmişdir. III Vaçaqan Albaniyanın son Arşaki hökmdarı oldu.