У нас вы можете посмотреть бесплатно Quşları çox sevən quşbaz Abbas dayı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Lənkəranlı Abbas dayı təbiət və heyvanlar aləmini çox sevir. O, həyətyanı sahəsində, müxtəlif növ nəsli kəsilməkdə olan quşlar saxlayır. Bura quş parkı da demək olar. Mehrini-məhəbbətini quşlara salan Abbas dayı onlarla nəfəs aldığını deyir. Abbasov Abbas Lənkəran rayonunun Liman şəhərində yaşayır. Uşaqlıqdan ev quşlarını saxlamağa böyük həvəsi olan quşbaz ilk saxladığı quşun bülbül olduğunu bildirir. Qəhrəmanımızın ən böyük arzusu zoopark yaratmaqdır. Hazırda kustar üsulla yaratdığı zooparkında dünyanın 4 bir yanına məxsus 100-ə yaxın quş növünü saxlayır. Bu quşlar görmək, onlarla tanış olmaq üçün təkcə Lənkərandan, ətraf rayonlardan deyil, eyni zamanda respublikanın hər bir bölgəsindən qonaqlar gəlir. Həvəskar quşbaz ömrünün böyük bir hissəsini quşların tədqiqatına həsr edib. Dünyanın bir sıra ölkələrində Yaponiya, Kanada, İspaniya, Rusiya, İndoneziya, Moskva və bir çox ölkələrdə flora və fauna ilə bağlı seminar və konfranslarda iştirak edib. Abbas kişinin zooparkında adı qırmızı kitaba düşən quşlara da rast gəlmək olar. Bunlara misal olaraq, talış qırqovulu, mandarinka, karalinka, sultan toyuğu, slavyana qırqovulu kimi quşların adını çəkmək olar.