У нас вы можете посмотреть бесплатно Kəhf hekayəsində gizli sirlər var или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Allah Kəhf hekayəsində inkarçı qövmlərindən ayrılan iman sahibi gənclərin, yaşadıqları yerdən uzaqlaşıb mağaraya sığınmağı seçdiklərini Kəhf Surəsinin bir ayəsində belə bildirir: Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın. (Kəhf surəsi, 16) Ayədə Kəhf Əhlinin inkarçıların fikir sistemindən tamamilə ayrılıb uzaqlaşdıqları ifadə edilir. Bu ayrılıq inkarçılarla iman edənlər arasında fikri bir qarşıdurma meydana gətirmişdir. Və Müsəlmanlar inkar edənlərin təzyiqinə məruz qalmışdır. Bu təzyiqin nəticəsində iman edənlər özlərini tamamilə təcrid etməyə və inkarçılardan tamamilə uzaqlaşmağa qərar vermişlər. Bunu mağaraya sığınmaqla reallaşdırmışlar. Bura ayədə bəhsi keçən Əshabi-Kəhf gənclərinin sığındığı düşünülən mağaradır. Kəhf surəsinin 14-cü ayəsində bu gənclərin Allaha olan imanlarında nə qədər qərarlı və səbirli olduqları da bildirilmişdir. Onlar kafir hökmdarın qarşısında durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!” – deyərkən onların qəlbinə qüvvət verdik. (Kəhf surəsi, 14) Ayədə Kəhf Əhlinin gizləndikləri dövr sona çatdıqda hökmdarın qarşısına çıxdıqları ifadə edilir. Bu dövr Allahdan başqa varlıqların ilah qəbul edildiyi, inkarın insanlar arasında yayıldığı və cəmiyyətin din əxlaqından uzaqlaşdığı bir dövrdür. Bu dövrdə müsəlmanların inancları təzyiq altına alınmışdır. Buna baxmayaraq Kəhf Əhli hökmdara heç bir vəziyyətdə “Bir olan Allaha iman etməkdən” imtina etməyəcəklərini, Allahdan başqa heç bir şeyə ibadət etməyəcəklərini bildirmişlər. Əgər formal da olsa bunun əksini söyləmiş olsalar, bununla Allaha qarşı günah işləmiş olacaqlarını səmimi olaraq ifadə etmişlər. Axırzaman insanların Uca Allahdan başqa ilahlar qəbul etdikləri və inkarı yaydıqları bir dövrdür. Eyni şəkildə, Axırzamandakı səmimi müsəlmanlar da, dövrün repressiv və totalitar rejimləri qarşısında eyni qətiyyət və cəsarətlə imanlarını qorumalıdırlar. Dövrün zalım, qəddar və avtoritar hökmdarına qarşı bu cəsarətli və qətiyyətli münasibət onların səmimi müsəlman olduqlarının sübutudur. Allah hər şeyi taledə ən gözəl şəkildə yaradır və Allah istəməsə heç bir güc onlara zərər verə bilməz. Bu gerçəyi bildikləri üçün çox gözəl bir təvəkkül və qətiyyət nümunəsi göstərmişlər. Ayədə keçən “onların qəlbinə qüvvət verdik” ifadəsi hər şeyi taledə Allahın yaratdığına işarədir. İman edənlərə sıxıntı və çətinliklər qarşısında səbr etmə gücünü də, qətiyyəti də verən Allahdır. Bundan əlavə, Kəhf əhlinin Allaha güclü bağlılığı və sədaqətinin mühüm əlamətlərindən biri də onların gənc olmalarıdır. Gənc olduqlarına baxmayaraq, Kəhf Əhli gəncliyin özlərinə yaratdığı bütün imkanları Allahın razılığını qazanmağa həsr etmişlər. Allaha ibadət edə bilmək üçün hər şeydən imtina edib bir mağaraya sığınmağı gözə almış olmaları və bu cür qətiyyət göstərmələri, şübhəsiz ki, bu gənclərin Allaha olan güclü sevgiləri, bağlılıqları və sədaqətləri ilə açıqlana bilər. Allah Quranda Kəhf Əhlinin Allaha olan güclü imanlarını və göstərmiş olduqları təslimiyyətli rəftarlarını belə bildirir: Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!” – demişdilər. (Kəhf surəsi, 9-10) Gənclərdən ibarət Kəhf Əhlinin yaşadıqları qeyri-adi və metafizik hadisələrdir. Həyatlarının hər anı möcüzəvi hadisələrlə doludur. Kəhf Əhlinin mağaraya gəldikdən sonra uzun illər mağarada yatdıqları bir sonrakı ayədə belə izah edilir: Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). (Kəhf surəsi, 11) Bu gün də bəzi müsəlmanlar bir növ rəhmani yuxudadır. Bu sayədə, insanları dindən uzaqlaşdırmağa çalışan materialist ideologiyaların səbəb olduğu bəlaların dəhşətindən və şiddətindən, materialist axınların səbəb olduğu əxlaqi degenerasiyadan, zülm və qarışıqlıqdan təsirlənmədən Quran əxlaqını yaşamağa davam edirlər.