У нас вы можете посмотреть бесплатно "Amfibiya adam" 6-cı sinif dinləmə mətni. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Amfibiya Adam “Adam lap dəli olar!” – deyə “Meduz” gəmisinin sahibi Pedro Zurita başına kuzədən su tökə-tökə deyinirdi. Əlləri qurbağa əlinə oxşayırdı, tünd yaşıl idi. İspanca da danışa bilir. Onu hamımız gördük. Buna şəkk-şübhə yoxdur. Görünür, suda da, quruda da özünü eyni dərəcədə yaxşı hiss edir. Deməli, amfibiya adam mövcuddur. Əgər onu tutub mirvari yığmağa məcbur etmək mümkün olsaydı, Argentinanın ən varlı adamına çevrilərdim. Zurita kiçik bir heyətlə axtarışlara başlayır. Məlum olur ki, həmin məxluq dənizin dibində, böyük bir mağarada yaşayır. Mağaranın sahibi isə tanınmış cərrah, doktor Salvatordur. Doktor Salvatore insan üzərində cərrahiyyə əməliyyatı aparmaqla ona həm suda, həm də quruda yaşaya bilmək imkanı verib. Ovçular amfibiya adamı ələ keçirmək üçün Krista adlı bir casus tuturlar. Krista doktor Salvatorun etimadını qazanır. Doktor Salvatore onu sualtı mağaraya aparıb amfibiya adamla — İxtiandrla tanış edir və onu İxtiandrın yanında qoyub bir həftəlik səfərə çıxır. Bu müddətdə Krista İxtiandrı ələ almağa çalışır. Bir gün İxtiandr suda boğulan bir qızı xilas etdiyini söyləyir və onu yenidən görmək üçün şəhərə getmək istədiyini bildirir. Krista bu fürsətdən yararlanıb onu şəhərə aparır. Ovçular İxtiandrı ələ keçirirlər. Onu zəncirləyib dənizdə mirvari yığmağa məcbur edirlər. Onun varlığından bütün şəhər xəbər tutur. Nəticədə İxtiandr və doktor Salvatoreni həbsxanaya salırlar. Din xadimləri doktor Salvatoreni təbiətin qanunlarına qarşı çıxmaqda ittiham edir. Cərrahiyyə əməliyyatı ilə gənci amfibiyaya çevirməsinin insanlığa qarşı cinayət olduğunu bildirirlər. Həmçinin heyvanlar üzərində qanunsuz olaraq təcrübə aparmaqda günahlandırırlar.