У нас вы можете посмотреть бесплатно “Şəhriyar Qalası”na yürüş 2016 / Hiking to the Shahriyar Castle 2016 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
24 mart 2016-cı il tarixində “Mübarizlər” Skaut Qrupuna yeni qoşulmuş skautlar üçün Biləsuvar rayon ərazisində yerləşən "Şəhriyar Qalası"na yürüş təşkil olunmuşdur. Yürüşün əsas məqsədi Qrupa yeni qoşulmuş skautlar üçün nizamlı-düzgün yürüş etmə, sıra hazırlığı və çöl şəraitində tonqal qalama kimi bacarıqların aşılanmasından ibarət idi. Eyni zamanda hər bir skautun borcudur ki yaşadığı ərazinin tarixi, coğrafi mövqeyi, adət-ənənələri və s. barədə biliklərə malik olsun. Bunun üçün də “Şəhriyar Qalası” - məkanı ilə tanışlıq və gəzinti də təşkil olunmuşudr ki, bu zaman da ərazidən bir sıra arxeloji tapıntılar – saxsı qabların qırıntıları da aşkarlanmışdır ki, bu da skautlara çox maraq vermişdir. “Şəhriyar Qalası” haqqında: Qala orta əsrlərin əvvəllərinə aid Biləsuvar rayonu ərazisində yerləşən arxeoloji abidələrdən biridir. Lakin zaman öz sözünü demiş və hal-hazırda qalanın yerində sadəcə təpəciklər mövcuddur. Onu da qeyd edək ki, daha çox “Şəhriyar Qalası” adı kimi tanınan axeoloji abidə ilkin orta əsrlərə aid arxeoloji abidədir və əslində "Çöl Ağdam şəhərciyi" adlanır. Lakin bu abidə Şəhriyar şəhərinin qalıqları kimi qəbul olunduğu üçün elə məhz “Şəhriyar qalası” da adlandırılır.