У нас вы можете посмотреть бесплатно Dəriniz SARALIBSA, Qaraciyərinizdə bu xəstəlik var! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qastroenteroloq-hepatoloq Nazlı Qasımova Tel: (055) 297 33 31 İnstaqram: dr_qatroenteroloq_hepatoloq Facebook: / drnazli-qasimova-2197011603688562 Jilbert sindromu kifayət qədər geniş yayılmış patologiyadır. Ölkəmizdə Jilbert sindromunun rastgəlmə tezliyi haqqında dürüst məlumat yoxdur. ABŞ-da bu patologiyanın rast gəlmə tezliyi əhali arasında 3-7%-dir. Kişilər arasında Jilbert sindromu qadınlara nisbətən daha çox rast gəlinir. Əlamətləri Adətən Jilbert sindromunun bəzən mülayim sarılıq istisna edilməklə heç bir əlaməti qeyd edilmir. Sarılığın əmələ gəlməsinin səbəbi qanda olan bilirubinin miqdarının artması və onun dəri və selikli qişaya hopmasıdır. Bəzi hallarda Jilbert sindromu olan insanlarda zəiflik və qarında ağrılar qeyd olunur. Amma mütəxəssislər bunun Jilbert sindromu ilə deyil yanaşı gedən digər səbəblərlə bağlı olması qənaətindədirlər. Aşağıdakı hallar Jilbert sindromu olan insanlarda bilirubinin miqdarını artıra bilər: İnfeksion xəstəliklər Menustrasiya Aclıq Dehidratasiya Fiziki və psixoloji gərginlik Səbəbləri Jilbert sindromu irsi xarakter daşıyr və bilirubinin birləşməsini təmin etməklə onun ekskresiyasını asanlaşdıran enzimin sintezinə cavabdeh olan genin mutasiyaya uğraması səbəbindən meydana çıxır. Bu zaman qanda ümumi bilirubinin, xüsusilə onun sərbəst fraksiyasının miqdarı artıır. Bu hiperbilirubinemiya adlanır. Hiperbilirubinemiyalar birləşmiş və sərbəst olmaqla iki hissəyə bölünürlər. Jilbert sindromu birləşmiş hiperbilirubinemiya hesab edilir. Bilirubinin suda həll olunma qabilyyəti aşağı olduğu üçün o xüsusi proteinə birləşdirilərək qaraciyərdə öd daxilinə nəql edilir. Jilbert sindromunda bu mexanizmdə defekt olduğu üçün qanda sərbəst bilirubin artır.