У нас вы можете посмотреть бесплатно Baqrat nəyi hesaba qatmadı? – Keşişlərin fiaskoya uğramasının səbəbi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Baqrat nəyi hesaba qatmadı? – Keşişlərin fiaskoya uğramasının səbəbi Nikol Paşinyanı hakimiyyətdən devirmək və Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirmək istəyən qüvvələrin keşiş planı fiaskoya uğrayıb. Tavuşda əhalini saxta məlumatlar hesabına ayağa qaldırıb, daha sonra böyük həvəslə İrəvana gedən Baqrat Qalstanyan burada biabırçılıqla üzləşib. Onun təşkil etdiyi aksiyalara cəmi 18-20 min nəfər adam gəlib. Bu qədər kütlə ilə isə nəinki Baş naziri, heç İrəvanın merini belə istefaya göndərmək olmazdı. Bir müddət dayanıb, sonra yenidən aksiyalara başlayan, xalqı itaətsizliyə çağıran Baqrat Qalstanyan əvvəlkindən də pis vəziyyətə düşüb. İnsanların aksiyalara növbəti dəfə az gəldiyini görən keşiş tərəfdarlarına avtomobillərlə yolları bağlamağı tapşırıb. Ermənistan hazırda ağır sosial-iqtisadi vəziyyətdədir. Rusiya ilə münasibətləri soyudan N.Paşinyan hökuməti Qərbin dəstəyinə ümid bəsləyir, ancaq oradan da istədiyini tam ala bilmir. Əhali arasında hökumətdən narazılıq artır. Lakin müxalifətə də dəstək vermir. Səbəb isə vaxtilə xalqın qanına susamış Robert Koçaryan və Serj Sarkisyan kimi cinayətkarların hazırda müxalifətdə təmsil olunmasıdır. Keşiş diasporun dəstəyini almaq üçün millətçi ritorikaya üstünlük versə də, erməni gənclərin fikrini oxuya bilməyib. İrəvana getdiyi zaman ali məktəb tələbələrinin ona dəstək verəcəyini güman edirdi. Çünki həmin ərəfədə qonşu Gürcüstanda da aksiyalar keçirilirdi və o aksiyalarda aparıcı qüvvə məhz tələbələr idi. B.Qalstanyan elə hesab edirdi ki, eyni proses Ermənistanda da baş qaldıracaq. Ancaq bu baş vermədi. Xəyalpərəst keşiş və onun tərəfdarları unudurlar ki, Gürcüstan və Ermənistandakı aksiyaların məramı tamamilə fərqlidir. B.Qalstanyan nəinki gəncləri, heç yaşlı təbəqəni də aksiyalara cəlb edə bilmir. Çünki 44 günlük müharibədəki biabırçı məğlubiyyət hələ yaddaşlardan silinməyib. İrəvanda küçəyə çıxan insanlar əsasən Ermənistan siyasətində olan müxalif partiya funksionerləri idi. Elə axırıncı aksiyalar da üsyankar keşişin son çırpınışı idi. Bundan sonra o, kilsəyə də dönə bilməyəcək. Yəqin ki, Baqrat Qalstanyan siyasətdə qalaraq yola davam etməyə çalışacaq. Sırada tək bir seçim var – N.Paşinyanı ordu ilə devirmək. Ancaq xalqın orduya da dəstək verməyəcəyi aydındır. Bu isə Ermənistanı dəhşətli vətəndaş müharibəsinə sürükləyə bilər. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI QAPQARA ➧ • QAPQARA AYDIN TARİX ➧ • AYDIN TARİX ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir? O VAXTLAR ➧ • O VAXTLAR SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD BAKU ANALİTİK ➧ • ANALİTİK BAXIŞ BAKU MED ➧ • BAKU MED RƏSMİLƏR ➧ • RƏSMİLƏR BAKU AKTUAL ➧ • AKTUAL GÜNDƏM RETRO BAKU ➧ • RETRO BAKU ARAŞDIRMA ➧ • ARAŞDIRMA 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİKASI Baqrat nəyi hesaba qatmadı? – Keşişlərin fiaskoya uğramasının səbəbi 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #ermənistan #baqrat #keşiş #paşinyan #ermənikeşiş #qalstanyan #etirazaksiyası #irəvandamitinq