Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса ClipSaver.ru



Azərbaycanın etirazına İrandan reaksiyalar

Ötən ilin son günlərində Ərdəbildə keçirilən tədbirdə Azərbaycanın və onun liderinin ünvanına səsləndirilən təhqiramiz ifadələrlə bağlı Bakının rəsmi etirazına İrandan verilən reaksiyalar iki ölkənin münasibətlərindəki problemlərin həqiqi mahiyyəti barədə nəticələr çıxarmaq baxımından düşündürücüdür. O mənada ki, Azərbaycan tərəfinin konkret fakt əsasında ifadə etdiyi haqlı etirazın müqabilində İranın rəsmi şəxsləri və ictimai qurumlarının verdiyi açıqlamalar bir daha Tehranın tutduğu əməllərə görə məsuliyyətdən yayınmaq şakərini ortaya qoyub, xarici əlaqələrdə və diplomatik münasibətlərdə qeyri-səmimilikdən və riyakar davranışdan əl çəkmək niyyətində olmadığının növbəti göstəricisinə çevrilib. Uzağa getmək lazım deyil, İran səfirliyinin müvəqqəti işlər vəkilinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmasından az sonra İran diplomatiya idarəsi rəsmisinin məsələ ilə bağlı açıqlamasına nəzər yetirmək kifayətdir. Belə ki, İran Xarici İşlər nazirinin köməkçisi və qurumun Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu rəsmi İRNA agentliyi müxbirinin sorğusuna cavab olaraq deyib: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin şimal-qərbindəki şəhərlərin birində keçirilmiş mərasimdə bir fərdin düşünülməmiş və yersiz çıxışına etiraz edib. Əlbəttə, nəzərə almaq lazımdır ki, bu cür çıxışların İran İslam Respublikası hökumətinin rəsmi mövqeyi ilə heç bir əlaqəsi və bağlılığı yoxdur”. Göründüyü kimi, Dəmirçilu hiyləgərliklə Azərbaycanın etirazının mahiyyətini kiçiltməyə və əslində onun əhəmiyyətsiz bir məsələyə edildiyini vurğulamağa çalışır, üstəlik, özünə əziyyət verib mərasimin keçirildiyi şəhərin belə adını çəkmir. Və onu da demir ki, Azərbaycan tərəfi ucqar bir yerdə baş tutan mərasimdə hansısa bir fərdin ağzına gələni danışmasından necə xəbər tutub? Halbuki həmin mərasim, o cümlədən diplomatın əhəmiyyətsiz şəxs kimi qələmə verdiyi fərdin rüsvayçı çıxışı İran dövlət televiziyası ilə canlı yayımlanıb! Və həmin fərdin sözləri İran hökumətinin rəsmi mövqeyini ifadə etməsə də, dövlət televiziyasının hakimiyyətin rəsmi mövqeyini əks etdirdiyi şübhəsizdir. Özü də İranda dövlət televiziyası Dəmirçilunun üzvü olduğu və Məsud Pezeşkiyanın başçılıq etdiyi hökumətə yox, birbaşa İranın ali rəhbəri Əli Xameneyiyə tabedir! #İran #Azərbaycan #etiraz #tədbir #Ərdəbil

Comments