У нас вы можете посмотреть бесплатно "Ən ağır cəzanı istəyirəm" | Baltalanan yeniyetmələrin anası fəryad etdi - Baku TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"Ən ağır cəzanı istəyirəm" | Baltalanan yeniyetmələrin anası fəryad etdi - Baku TV Cəlilabadın Üçtəpə kəndində əmiləri tərəfindən baltalanan yeniyetmələrin anası Xəyalə Məmmədova baş verən hadisənin təfərrüatlarını Baku TV-yə danışıb. Onun sözlərinə görə, övladı mülk üstündə qətlə yetirilib. “Uşaqlarımla evdə idim. Çörək almağa dükana gedəndə gördüm ki, Nağıyev Orxan, Nağıyev Əli – iki qardaş mənə baxa-baxa söhbət edirlər. Mən gedəndə evə gəlib günahsız balama balta ilə xəsarətlər yetiriblər. Balta ilə mənim də qabağımı kəsmişdi, qızım qan itirsin, ölsün deyə içəriyə keçməyə qoymurdu. Nağıyev Orxan balamı mülk üstündə öldürdü, ev-eşiyi yox idi, ortalıqda qalmışdı. Ən ağır cəzanı istəyirəm, günahsız balamın qanı yerdə qalmasın”, – deyə o bildirib. Qeyd edək ki, fevralın 1-də Cəlilabadın Üçtəpə kəndində dəhşətli qətl hadisəsi baş verib. Kənd sakini Əli Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına – 14 yaşlı Hüseyn Nağıyev və 15 yaşlı Həqiqət Nağıyevaya balta ilə xəsarətlər yetirib. Həqiqət Nağıyeva ölüb, Hüseyn Nağıyev isə yaralıdır. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Əli Nağıyev Prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv "Ən ağır cəzanı istəyirəm" | Baltalanan yeniyetmələrin anası fəryad etdi - Baku TV 2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #bakutvxəbər #biləsuvar #hadisə #faciəvihadisə #ailəfaciəsi baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan