У нас вы можете посмотреть бесплатно "QARABAĞIN TARİXİ" təqdimat işi.ATM TV. AĞSU TƏDRİS MƏRKƏZİ. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Ağsu Tədris Mərkəzinin əziz şagirdləri "Qarabağın tarixi" adlı təqdimat işi hazırlayıb təqdim etdilər. Təqdimat işində Qarabağ xanlığının yaranmasından 2-ci Qarabağ müharibəsinə qədərki zamanda baş verən hadislər şagirdlər tərfindən təqdimat işi zamanı təqdim edildi. Xanlığın əsasının qoyulması, müharibələr, xanlığın süqutu, xanlıq ərazisinə ermənilərin planlı şəkildə köçürülməsi məsələlərinə toxunuldu. Eyni zamanda 1-ci Qarabağ müharibəsi və onun fəsadları, xalqımıza dəymiş maddi-mənəvi ziyanlar dinləyicilərin nəzərinə çatdırıldı. Müharibədən sonrakı həyat, atəşkəs dövrü, aprel və iyul döyüşləri, xalqımızın qəhrəman oğulları- Mübariz Ibrahimov, Polad Həşimov haqqında da şagirdlər geniş çıxışlar etdilər. 2-ci Qarabağ müharibəsi və xalqımızın tarixi qələbəsində əməyi olan qəhrəman igidlərimiz, şəhidlərimiz də tədbir zamanı yad edildi. Bu cür həssas mövzunu seçdikləri, ona məsuliyyətlə yanaşdıqları və uğurlu bir formada təqdim etdikləri üçün hər birinə təşəkkür edir və uğur arzu edirik. Şagirdlərimizin təqdimatına tədbirimizin qonağı "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli yüksək qiymətləndirib hər birini kitab hədiyyəsi ilə mükafatlandırdı. Gəlişinə görə Fariz müəllimə təşəkkürümüzü bildiririk. Şagirdlərimiz eyni zamanda uğurlu çıxışlarına görə Ağsu Tədris Mərkəzi tərəfindən sertifikatla mükafatlandırıldılar.