У нас вы можете посмотреть бесплатно Ali Ashikar x Pranga — Sənə Məktub Yazıram (Rəsmi Musiqi Videosu) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Ali Ashikar-ın Pranga ilə birgə ifa etdiyi "Sənə Məktub Yazıram" treki artıq onlayndır. Ali Ashikara YouTube-da abunə ol: https://mikpro.az/ashikaryt Rəqəmsal platformalarda dinlə: https://bfan.link/yaz-yaghishlari Musiqi və söz: Ali Ashikar, Pranga Beat: Ali Ashikar, DENOR Miks masterinq: Ali Ashikar Albom: İkili Dəlilik Ali Ashikarı sosial şəbəkələrdə izlə: Facebook: https://mikpro.az/ashikarfb Instagram: https://mikpro.az/ashikarig Twitter: https://mikpro.az/ashikartw Genius: https://mikpro.az/ashikarg Ali Ashikarı rəqəmsal platformalarda dinlə: Keçid: https://mikpro.az/ashikar.dinle Sözlər [Bənd 1] Sənə məktub yazıram yolun düşsə bir də gəl bu dünyaya Səni mənsiz qoyma ki düşmən olmayım hər iki dünyaya Hər dəfə olduğu kimi mən qərq oluram yenə tərk-i dünyaya Bu qədər çirkabin içində çox yaraşırdın sən ki dünyaya Sənə məktub yazıram elə düşmüşəm ki hardasa dibdən Sözüm ünvana çatacaq asılı qalanda mən hansısa ipdən Dualar qaytaracaq səni bəlkə də etdiyim hər hansı qiptə Səsim ucaltsın deyədir ruhunu göylərə edirəm diqtə Sənə məktub yazıram içində hər söz cümləni seçərək Hər vergülü düşünüb nöqtəni qoyuram yolları keçərək Sənə çatmalı idi məktub axı yox idi başqa bir seçənək Sənsiz duz yoxdur bu süfrədə dad vermir daha nə çörək Sənə məktub yazıram köhnə eyvanın pəncərəsində Yenə qeyb olur üzün yazının sonuncu mərhələsində Şəhərin səs küyündə axtarıram sən incə səsindən Yenə köhnə məhlədə binanın onuncu mərtəbəsində [Nəqərat] Sənə məktub yazıram göndərirəm onu Düşür hər dəfə amma yad əlinə yenə yad əlinə Səni görmək üçün nə qədər yol gəldim Görmədim amma ki yad əlinə toxunur yad əlinə Sənə məktub yazıram göndərirəm onu Düşür hər dəfə amma yad əlinə yenə yad əlinə Səni görmək üçün nə qədər yol gəldim Görmədim amma ki yad əlinə toxunur yad əlinə [Bənd 2] Sənə məktub yazıram bir gecə Gedərək , səni tək qoymadan öncə Sənsizlik yarım qalxmaq kimidir əzizim masadan doymadan öncə Getmək lazım bu şəhərdən, qış gəlmədən əvvəl, Quşlar köçməmiş hələ, havalar lap soyumadan öncə Sənə məktub yazıram, yazıram arada yadına sal məni hərdən Heç kəs qaldıra bilməz səndən sonra təəssüf daha məni yerdən Sənə məktub yazıram, oxuyarsan yorulanda naməmi hərdən Büküldü kürəyim, qurban elədim gəncliyi illərə, qaməti dərdə Sənə məktub yazıram, yazıram gözləmə məni, gözləmə gəlim Bax yoluna, bir ömür həmənki limanda dayanıb gözləmə gəmi Qayıtsam olmayacaq axı bir daha baxışım, duruşum, gözlərim həmin O köhnə balkonun dəmirlərindən baxaraq yollara gözləmə məni Sənə məktub yazıram, 2007-nin o qarlı yanvar ayından Sonunda Həyat öyrətdi bizə Allah ayırmasa yollar ayırmaz Ümidlər ölür, sevgilər ölür - hər şey sonunda səninlə bir ölür Görmək, Sevmək səni bir saniyədə - yazmaq səni bir ömür [Nəqərat] Sənə məktub yazıram göndərirəm onu Düşür hər dəfə amma yad əlinə yenə yad əlinə Səni görmək üçün nə qədər yol gəldim Görmədim amma ki yad əlinə toxunur yad əlinə Sənə məktub yazıram göndərirəm onu Düşür hər dəfə amma yad əlinə yenə yad əlinə Səni görmək üçün nə qədər yol gəldim Görmədim amma ki yad əlinə toxunur yad əlinə Ali Ashikar tərəfindən Pranga-nın iştirakı ilə ifa olunan "Sənə Məktub Yazıram" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "Art Music" tərəfindən qorunur. © 2025 Yayım hüquqları "mikpro"-ya məxsusdur. Etiketlər: #AliAshikar #SənəMəktubYazıram #mikpro