У нас вы можете посмотреть бесплатно Xəzər Süleymanlı-BURAXMA MƏNİ (Musa Yaqubun şeiri) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
şeir: Musa Yaqub səs: Xəzər Süleymanlı piano: Fuad İbrahimli #xezersuleymanli #musayaqub #xəzərsüleymanlı Gözlərin gözümə baxdı yenidən, Döndərək geriyə vaxtı yenidən; Özünlə dustaq et, Bir ev dustağı, Buraxıb sən məni salma məhbəsə. Könlümü titrədən vaxt qorxusudu; Şəlalə nə qədər coşub kükrəsə, Çaya qarışanda adicə sudu, Buraxma məni… Bu qədər işıqlı gözlərlə bir də Heç kimə mən baxa bilməyəcəyəm; Onda gözlərim də adiləşəcək. Bu qədər mehriban sözlərlə bir də Bir könülə axa bilməyəcəyəm; Onda sözlərim də adiləşəcək Buraxma məni… Sevdalı ömrümün sarı siminə Belə incə mizrab dəyməyib heç vaxt. Bəxtəvərliyimin, xoşbəxtliyimin Ən uca, Ən ali taxtıdır bu taxt. Buraxma, bu taxtdan endirmə məni, Bu tacı başımdan götürmə hələ. Ləfzindən yanıram, söndürmə məni. Dilinə başqa söz gətirmə hələ. Qalxa bilmək üçün bu ucalığa, Yetə bilmək üçün belə saflığa. Min dağdan, dərədən soraq almışam, Dilbər guşələri gəzmişəm bütün. Bəlkə də duyğumu cilalamışam, Elə bu vaxt üçün, bu məqam üçün; Heyifdir bu məqam, Heyifdir bu gün Buraxma məni… Eh, yazığım gəldi an kimi ötən Bircə göz qırpımlı şimşək ömrünə. Eh, yazığım gəldi payızda bitən Bir meh sığal görən çiçək ömrünə. Meh ki, o çiçəyi saxlaya bilmir, Göy ki, o şimşəyi saxlaya bilmir, İnsan ki, özünün ağası deyil, Belə bir istəyi saxlaya bilmir, Burax, qoy gedim.