У нас вы можете посмотреть бесплатно Bakının 7 km-də yerləşən Nübar yaşayış massivinin sakinləri şikayətçidirlər или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bakının 7 km-də yerləşən Nübar yaşayış massivinin sakinləri şikayətçidirlər. Nübar qəsəbəsi Abşeron rayonunda “İpək Yolu” adlanan ərazinin yaxınlığında yerləşir. Belediyye.net qəsəbə sakinlərinin sözlərinə istinad edərək yazır ki, ərazi üzrə bələdiyyə öz öhdəsinə düşən işi yerinə yetirmir. “Nübar yaşayış massivinin yayı bir dərd, qışı başqa dərddir. Yayda toplanmayan, üst-üstə yığılan məişət tullantılarının qoxusundan ərazidən keçib evimizə gedə bilmirik. Bələdiyyə zibilləri yığıb aparmaq əvəzinə onları yerindəcə yandırır. Bu zaman ətrafa dözülməz qoxu yayılır, ekologiyaya hədsiz ziyan vurulur”, - sakinlər bildirir. Nübar sakinləri deyir ki, onların zibillik problemi qışda başqa cür çətinlik yaradır. “Zibil konteynerlərinin çox uzağa qoyulması səbəbindən zibil atmaq üçün xeyli məsafə qət edirik. Həmin konteynerlərə gedən yol palçıq və gölməçələrdən keçir. Bu yoldan keçə bilmədiyimizə görə, zibilləri hara gəldi atmaq məcburiyyətində qalırıq”, -sakinlər yaranmış pərakəndə zibilliklərin səbəbini belə izah edirlər. Nübar sakinləri həm antisanitar vəziyyətdən, həm də yollarının bərbad şəraitindən yorulduqlarını deyirlər. Onlar yollarına çınqıl səpilməsinə belə razıdırlar ki, bu vəziyyətdən canları qurtarsın. Çünki yağışlı günlər başlayan kimi hərəkətlərinin çətinləşdiyini, əraziyə taksilərin belə gəlməkdən imtina etdiyini bildirirlər. Belediyye net olaraq sakinlərin şikayəti ilə bağlı əraziyə baxan Hökməli bələdiyyəsi ilə əlaqə saxladıq. Qurumun sədr müavini Buğumov Zamiq bildirdi ki, bələdiyyənin və Azəravtoyolun rəsmi məktubu əsasından icra orqanları tərəfindən əraziyə baxış keçirilib. Bu ilin aprel-may aylarında yaşayış massivinin əsas küçələrinin asfaltlanması nəzərdə tutulur. Sədr müavini yaranmış problemlə bağlı artıq zibil məntəqələri qurulduğunu və yaxın günlərdə ərazinin zibil qutuları ilə təmin olunacağını bildirib. Belediyye.net