У нас вы можете посмотреть бесплатно Nəqliyyat vasitəsi kimi eşşəkdən istifadə olunan "Atyalı" qəsəbəsi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
"Suyumuz yoxdur, kanalizasiya yoxdur, Allahın bir mağazası... Mağazanı gətirib yolların qırağına salıblar bir-iki yerə. Bu dəqiqə çörək yoxdur, makaron bişirmişik, gedib ordan çörək almağın dərdindən. Bir doğru-düzgün mağaza belə yoxdur" . Atyalı kimi tanınan qəsəbədə yaşayanlardan “nə şikayətin var” deyə soruşsan, saatlarla bu haqda danışa bilərlər. Bakıdan təxminən 20 kilometrlik məsafədə salınan Atyalı qəsəbəsinə asfalt yol, içməli su xətti çəkilməyib. Yağış yağanda qəsəbənin təmir görməmiş yolları palçıqdan keçilməz olur. Adıgözəl Quliyev bu vəziyyətdən fərqli çıxış yolu tapıb. O, palçığa batmamaq üçün heyvanlardan nəqliyyat vasitəsi kimi istifadə edir. "Evdən çıxıb marşruta çatana kimi, gərək bir dəst paltar-ayaqqabıdan çıxasan. Biz də xahiş edirik ki, Allah özü onlara kömək olsun, onlar da bizə kömək olsun, bu yolları çəksin də. Bizim bu palçıqdan canımız qurtarsın. Vallah, bu atı, eşşəyi də, ən çox o palçığa görə minirəm. Heç palçıq olmasa, vallah, o ata da, bu eşşəyə də ehtiyac olmaz. Mənim kimi də hamı. Mən heç, zənənlər çıxır yola, mən kişi xeylağıyam da, hardan olsa çıxıb gedirəm. Amma bunlar arxın, bərənin başı ilə tullana-tullana... Yol yoxdur". Atyalında sakinlər suyu pulla gətirən maşılardan alırlar. Bunun əziyyəti ayrı, qiyməti ayrı cür baha-başa gəlir. "Mən neçə vaxtdır burda yaşayıram. Nə su var, elə bil suyu gedib haradansa qabda, maşını olan maşınla, olmayan əlində... Az qalır 70 yaşım ola, hələ yolda palçıqdan evə gələ bilmirəm. "Skoru" gəlmir, ölsən, elə orda qalarsan" . "Maşınla gətizdiririk, 70-80 manat pul veririk. Hamı burda elə yaşayır, pulla. Pulun varsa suyun var, pulun yoxdursa suyun da yoxdur. Təcili yardım da yoxdur, "skoru”ya zəng edirik, özü də mənim üstümə "skoru" tez-tez gəlir. Gəlib çıxmır. Gəlir e, gəlməsə ondan yaxşıdır. Xəstə öləndən sonra gəlir" . "Atyalıda problemlər çoxdur. Hamısı qalıb elə-belə. Suyu "kanister”lərlə, vedrə ilə daşıyırıq, maşınlarla gətiririk. İndiki zamanda bu, ən böyük problemdir" . Yaşayış massivinin sakinləri acanda çörək, susayanda su, xəstələnəndə də dərman tapa bilmirlər. Atyalına yol salınmadığından burada aptek açmaq da heç kimə maraqlı olmayıb. "Bura böyük qəsəbədir. Amma bir dənə aptek yoxdur. Mən şəkərəm. Birdən baxırsan ürək ağrısı tutur, vəziyyətim pisləşir. Vallah-billah, uşağım da gecələr... Normal işlər də yoxdur, ancaq gecələr orda-burda qarovul dururlar. Gecənin o vaxtı hara gedəsən? Maşın yox, maşını olan da gecə vaxtı bu bərbad yerdə... Hə, birinə gərək zəng edəsən, Sulutəpədən, ya başqa yerdən aptek varsa, orda yaşayan uşaqlara deyirik. Amma o gün vəziyyətim pisləşib, ordan gedib mənə dərman tapa bilmirik". Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli Atyalı qəsəbəsində içməli su xəttinin çəkilməsi və yollarına asfaltlanması ilə bağı dəqiq tarix deməsə də, gələcəkdə bu problemlərin həll olunacağını bildirdi. Kanala abunə ol - https://goo.gl/TcM9Fm Bizə maddi dəstək ol https://cutt.ly/destek WebSite: http://www.meydan.tv Facebook: http://fb.com/MeydanTelevision Twitter: / meydantv Google+ https://plus.google.com/+MeydanTelevi... İnstagram: / meydantv __________________________________________________________________ Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277