У нас вы можете посмотреть бесплатно Qaraqan və Pünhan Azim — Tanrılı Gecələr или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“Tanrılı gecələr” mistik və poetik bir daxili yolçuluğun təsviridir. Gecələrin axtarış və oyanış dolu mənəvi məkan olduğunu göstərir. Retroqradın boz günləri ağını qaraya, yalanı doğruya qatır — amma gecə çökəndə xeyirlə şəri ayıran o incə sərhədi görə bilirsən. Retroqradın növbəti qəhrəmanı da bu sərhəddə ilişib. Özü də bilmədən üfürdüyü tüstü ilə neçə dilə gətirmədiyi dua göylərə qalxır. *** Tanrılı gecələr Tütünü tüstülü, yanğılı gecələr Uzaq ulduzlara baxdığı gecələr Özünü itirib tapdığı gecələr Tanrılı gecələr Tanrılı gecələr Acı dadı dili dərmanlıdır gecələr Ürək ağrılı gecələr Qazır bağrını gecələr Tapa yandıran içini, yanğını gecələr Alır ağlını gecələr onun Tanrılı gecələr Tütünü tüstülü, yanğılı gecələr Uzaq ulduzlara baxdığı gecələr Özünü itirib tapdığı gecələr Tanrılı gecələr Tanrılı gecələr Tütünü tüstülü, yanğılı gecələr Uzaq ulduzlara baxdığı gecələr Özünü itirib tapdığı gecələr Tanrılı gecələr O qaranlıq gecənin sonrası yox Bu qaranlıq gecənin gündüzü var O qaranlıq gecənin şübhəsi çox Bu qaranlıq gecədə haqq özü var O qaranlıq gecədə söz, həyacan Bu qaranlıq gecədə mən və sükut Yaxın imiş nə qədər şübhə, yalan Uzaq imiş nə qədər səcdə, qunut O qaranlıq gecə işrət qoxusu Bu qaranlıq gecədə ətri-dua O qaranlıq gecə qəflət yuxusu Bu qaranlıq gecədə sevgi, dua O qaranlıq gecə hər şey satılır Bu qaranlıq gecə dünyaya talaq O qaranlıq gecə aləm yatılı Bu qaranlıq gecə insanlıq oyaq Tanrılı gecələr Tütünü tüstülü, yanğılı gecələr Uzaq ulduzlara baxdığı gecələr Özünü itirib tapdığı gecələr Tanrılı gecələr Tanrılı gecələr Gündüzlərin bəlkə bizə ahıdır gecələr Matəm ağıdır gecələr Utanar ruh günahından, üzünün bağıdır gecələr Qan rəngi dadı şərab, bir üzüm bağıdır gecələr Yolunu itirən bəndə, bürümüş içi kol-kos cəngəl Gələcək təngə yorulan gəmilər atacaq suya ləngər Əruzunu dartar tarım, hecaları düzülər ahəngə Boyanar min rəngə gecələr Tanrılı gecələr Tütünü tüstülü, yanğılı gecələr Uzaq ulduzlara baxdığı gecələr Özünü itirib tapdığı gecələr Tanrılı gecələr Tanrılı gecələr Tütünü tüstülü, yanğılı gecələr Uzaq ulduzlara baxdığı gecələr Özünü itirib tapdığı gecələr Tanrılı gecələr O qaranlıq gecə çirkab yaradır Bu qaranlıq gecənin sağ yeri var O qaranlıq gecə hər yan qaradır Bu qaranlıq gecənin ağ yeri var O qaranlıq gecə bir saxta bəzək Bu qaranlıq gecə gerçək yaraşıq O qaranlıq gecə daşdan bir ürək Bu qaranlıq gecə titrək bir işıq O qaranlıq gecədə qüssə, təlaş Bu qaranlıq gecədə aramlıq O qaranlıq gecə hər cümlədə "kaş" Bu qaranlıq gecə bir bayramlıq Heçnəlikdən yazı, heçlikdən əsər Elə əlyazmadır laədri olur O qaranlıq gecə itgin bir əsər Bu qaranlıq gecənin qədri olur İki yanlıdır gecələr Bir üzü nur, bir şeytanlıdır gecələr İçi zindanlıdır gecələr Onu çağırar, çıxa çölə bir söz, bir küy içdən, bir duyğu İçdən bir səs deyəcək: “Gəl” Görəsən Tanrımı gecələr? Tanrılı gecələr Tütünü tüstülü, yanğılı gecələr Uzaq ulduzlara baxdığı gecələr Özünü itirib tapdığı gecələr Tanrılı gecələr Tanrılı gecələr Tütünü tüstülü, yanğılı gecələr Uzaq ulduzlara baxdığı gecələr Özünü itirib tapdığı gecələr Tanrılı gecələr *** Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır! https://qaraqan.org/birinci-derece/ Instagram / qaraqanmusic Spotify https://open.spotify.com/artist/6913K... X / qvrvqvn İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin https://qaraqan.org/elaqe Rəsmi saytımız: https://qaraqan.org