У нас вы можете посмотреть бесплатно 30 EURO İLE ROMADA 2 GUN// HISSƏ 2//PULSUZ GEZILECEK YERLER//TARIXI PASTA RESTORANI или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Roma turu II hissə: İlk gun otelin pulunu ödədiyim üçün sonrakı iki gündə toplam xərcim 40 avro oldu (Vyanaya təyyarə bileti daxil) həmçinin avtobus üçün aldığım 24 saatlıq bilet ilə növbəti 2 gündə istifadə etdiyim üçün nəqliyatada əlavə pulum çıxmadı)) Bu videomda səfər etdiyim tarixi yerlər biletsiz idi. İspan Pilləkənləri: (spanish steps) İtalyanca: Scalinata di Trinità dei Monti , İtalyanın paytaxtı Romada Piazza di Spagna ile Piazza Trinità dei Monti arasında olan bir pilləkəndir. Pilləkənin üzərində Trinità dei Monti kilisəsi yerləşir. Pilləkən 135 pillədən ibarətdir Memar Francesco de Sanctis ve Alessandro Specchi tərəfındən tərtib edilmiş və 1723 və 1725 ci illərdə inşa edilmişdir. Panteon:(The Pantheon) Panteonun kərpic və beton potondası diametri 43 m-dən bir qədər çox olan yarım sferik künbəzlə (antik dövrün ən böyük mühəndis nailiyyətlərindən sayılır) örtülüdür. Klassik aydınlığı, daxili mühitinin bütöv kompozisiyası, bədii obrazlılığı ilə seçilir. İstisna edilmir ki, inşasında dövrünün mahir memarlarından sayılan dəməşqli Apollodor iştirak etmişdir. Bu butpərəst məbədi 1 noyabr 609-cu ildən kilsəyə çevrilərək bu günümüzə kimi qorunmuş və yaxşı vəziyyətdə saxlanılmışdır. Məhz buna görə də 1 noyabr katolik və protestantlar tərəfindən bütün müqəddəslər günü kimi qeyd olunur. Trevi fəvvarəsi ( Fontana di Trevi) Romada yerləşən ən böyük fəvvarə. Hündürlüyü 25,9 m, eni 19,8 m olmaqla dünyanın ən məşhur fəvvarələrindən biri sayılır. Fəvvarə 1732-1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilmişdir. Romanın əsas gözəllik simvolu sayılır. Üç yolun və ya üç yeraltı su axarının kəsişdiyi yerdə yerləşməsinə görə Trevi (tərc. üç yol) adlandırılmışdır Müqəddəs Mələk qəsri ( Castel Sant'Angelo) İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır. Vatikan ( Vaticana; Vaticano) Rəsmi adı ilə Vatikan Şəhər Dövləti (lat. Status Civitatis Vaticanae; it. Stato della Città del Vaticano) — Cənubi Avropada şəhər-dövlət. Vatikan İtaliyanın paytaxtı Roma şəhərinin qərb hissəsində Monte-Vatikano adlanan təpə üzərində (xatırladaq ki, Roma şəhəri 7 təpə üzərində salınıb) yerləşən mikrodövlətdir. Ölkənin ümumi sahəsi 0.44 kvadrat kilometr və ya 44 hektar, əhalisinin sayı isə min nəfərdən çoxdur. Şəhər-dövlətin sərhədlərinin ümumi uzunluğu 2600 metrdir. Vatikan həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir. Lakin Vatikanı daim dünyanın siyasi xəritəsində görmək mümkündür. Roma Papası tərəfindən idarə edilən teokratik monarxiya olan Vatikan 11 fevral 1929-cu il tarixində Roma Katolik kilsəsi və İtaliya rəhbərliyi arasında imzalanmış Lüteran sazişi əsasında yaradılıb. Belə kiçik ərazidə yerləşməsinə baxmayaraq onun özünün 750 metr uzunluğunda dəmiryol xətti, vağzalı, poçt markaları, bayrağı himni, gerbi, polisi, hətta həbsxanası da var. Əlavə sualınız olarsa videonun şərh bölməsinə yaza bilərsiniz və mənim Facebook və İnstagram profillərim vasitəsi ilə əlaqə saxlaya bilərsiniz: Instagram: / gabriel_mir. . Facebook : / gabrielmirzayev