У нас вы можете посмотреть бесплатно Prolaktin hormonunun yüksəlmə səbəbləri nələrdir? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Prolaktin hormonunun yüksəlmə səbəbləri çox çeşidlidir. Çox geniş bir şəkildə xəstə ilə söhbət və araşdırma aparılmalıdır. Ən bəsit səbəblərdən biri hamiləlikdir. Prolaktin hormonunun yüksəlməsi ilə şikayət edən xəstəmizdə hamiləlik varlığını inkar etməyimiz lazımdır. İkinci səbəb dərmanlardır. Ən çox bilinən antidepresantlar, sinir sisteminə təsir edən dərmanlar, bəzi mədə turşuluğu və qusma əleyhinə olan preparatlar, bəzi hallarda isə bitki tərkibli dərmanlar belə prolaktin hormonunun yüksəlməsinə səbəb olur. Fitoterapia da bu siyahıda təbii ki, unudulmamalıdır. O da prolaktin hormonunun yüksəlməsinin səbəblərindən biri ola bilər. Digər tərəfdən sistem xəstəliklər - kəmərləyici dəmrov, epilepsiya xəstəliyi, qaraciyər, böyrək xəstəlikləri, böyrək fəaliyyətində azalma prolaktin hormonunun bədəndən kənarlaşdırlmasına, atılmasına əngəl olduğu üçün prolaktin hormonu yüksəlir. Qaraciyər sirrozunda da prolaktin hormonu yüksələ bilər. Eyni zamanda, xroniki böyrək xəstəliklərində və böyrək çatışmazlığında da prolaktin hormonu yüksələ bilər. Ən başlıca səbəblərdən biri qalxanvari vəzin xəstəliklərində, xüsusən hipotiroidizm dediyimiz qalxanvari vəz hormonunun yetərsizliyində də dolayısı ilə prolaktin hormonu yüksəlməkdədir. Bu cür xəstələrə prolaktinendirici dərmanlar verməkdənsə qalxanvari vəz xəstəliklərindən müalicə olunması, prolaktin hormonunun normaya düşməyinə səbəb olacaqdır. Biz digər səbəbləri araşdırdıqdan sonra xəstədə prolaktin hormonunun yüksəlməyini daha çox hipofiz vəzindən qaynaqlanan bir adenom, törəmə olduğunu düşünə bilərik. Əgər xəstəmizdə sistem, altda yatan digər xəstəlikləri, qalxanvari vəz patologiyasını, qaraciyər, böyrək xəstəliklərini, hamiləliyi, qəbul etdiyi dərmanları inkar etdikdən sonra bizim düşündüyümüz hipofiz vəzi ilə əlaqədar bir problemin olmağını ortaya qoymaqdır. Ən çox prolaktin hormonunun yüksəlməyinə səbəb olan hipofiz vəzində prolaktin hormonunun yüksəlməyinə səbəb olan bir törəmənin varlığı, biz buna prolaktinoma adı veririk, xəstəliyə işarə edər və mütləq müalicə tələb edən bir haldır.