У нас вы можете посмотреть бесплатно Ərəb Dili Dərsləri – 20 Cəmi Təksir İsimlər/ أَفْعِلَةٌ / فَعَالَى / فَعَالِلُ) - Yusuf Familli или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
İslami Elmlər Məktəbi Ərəb Dili Dərsləri silsiləsinə xoş gəlmisiniz. Bu dərsimizdə ərəb dilində qırıq cəmlər (ərəbcə “Cəmi Təksir”) haqqında danışacağıq. Qırıq cəm dedikdə, sözün tək haldan cəm halına keçərkən qaydadan kənar dəyişikliklərə uğraması nəzərdə tutulur. Yəni, sözün sonuna “lar-lər” mənasında müəyyən şəkilçi əlavə edilmir, əksinə sözün içində dəyişiklik baş verir — hərflər artır, azalır və ya yerləri dəyişir. Ərəb dilində bir çox qırıq cəm qəlibləri (vəznləri) mövcuddur. Biz bu dərsdə onların üç əsas növünü öyrənəcəyik: أَفْعِلَةٌ qəlibi فُعَالِلُ qəlibi فُعَالَى qəlibi الحمد لله رب العالمین İstifadə Edilən Mənbə Haqqında Qısa Məlumat: Bu dərs məzmununun hazırlanmasında ‘‘Arapçayı Sevdiren Kitap’’ adlı əsərdən və Klasik Düşünce Okulu (KDO) adlı youtube kanalından ( • KDO Arapça Dersleri 1: Açılış Dersi ) faydalanılmışdır. Kitabın müəllifləri Prof. Dr. Hüseyin Günday, Prof. Dr. Şener Şahin və Prof. Dr. Fadime Kavakdır. Əsər ərəb dilini öyrənənlər üçün həm nəzəri, həm də praktiki cəhətdən zəngin bir qaynaq olmaqla yanaşı, dilin əsas qrammatik strukturlarını anlaşıqlı və sistemli şəkildə təqdim edir. İzlədiyiniz bu dərs bölməsinin qurulmasında bu kitabdakı izahlardan və nümunələrdən geniş şəkildə istifadə olunmuşdur.