У нас вы можете посмотреть бесплатно Azərbaycanda ƏN ÇOX Kəndi Olan 10 Rayon Hansılardır? - ŞOK OLACAQSINIZ! или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#azerbaycan #kənd #rayon Azərbaycanda ən çox kəndi olan 10 rayon hansılardır? Ölkəmizdə 12 rayonda kəndlərin sayı 100-dən artıqdır. Azərbaycanda 64 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 190 qəsəbə ərazi dairəsi, 40 sahə ərazi dairəsi, 1724 kənd ərazi dairəsi və 4244 kənd var. Ərazisinə görə ən böyük rayon Quba rayonudur, ən kiçik rayon isə Tərtər rayonudur. Qeyd edim ki, yeni bölgüyə əsasən Kəlbəcər artıq ölkəmizin ərazisinə görə ən böyük birinci yox, ikinci rayonudur. ABUNƏ OL İndi isə keçid edək ən çox kəndi olan rayonların siyahısına: 10-cu yer - Gədəbəy rayonu Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Qazax-Tovuz iqtisadi rayonunun tərkibinə daxildir. 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1 230 kvadrat kilometrdir. Əhalisi isə 100 min nəfərdən yuxarıdır. Avtomobil nömrəsi 21, Bakı ilə arasında məsafə 444 kilometrdir. 109 kəndi var. Rayon əhalisinin əksəriyyəti kəndlərdə yaşayır. Dəniz səviyyəsindən 1 849 metr yüksəklikdə yerləşir. Ərazisi, təbiəti turistlər üçün əvəzolunmazdır. Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Ən yüksək zirvələri: Qoşabulaq və Qocadağdır. 9-cu yer - Bərdə rayonu Bərdə rayonu 8 avqust 1930-cu ildə təşkil olunub. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Sahəsi 957 kvardrat kilometrdir. Dəniz səviyyəsindən 61 metr yüksəklikdə yerləşir. Əhalisi 155 min nəfərdən çoxdur. Avtomobil nömrəsi 09-dur. Əhalisinin 3-də 2-si kəndlərdə yaşayır. 112 kəndi var. 8-ci yer - Ağdam rayonu Mərkəzi Ağdam şəhəridir. 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1 150 kvadrat kilometr, əhalisi 200 min nəfərdən çoxdur. 2024-cü ilin məlumatına əsasən Ağdam rayonunda 1 şəhər, 14 qəsəbə, 113 kənd var. Rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb. Avtomobil nömrəsi 02-dir. Dəniz səviyyəsindən 291 metr yüksəklikdə yerləşir. 7-ci yer - İsmayıllı rayonu Mərkəzi İsmayıllı şəhəridir. Tərkibinə 1 şəhər (İsmayıllı), 2 şəhər tipli qəsəbə (Lahıc, Basqal) və 105 kənd daxildir. Əhalisi 90 min nəfərə yaxındır. 116 kəndi var. Sahəsi 2 064 kvadrat kilometrdir. Sahəsinə görə Azərbaycanda 4-cü yerdədir. Dəniz səviyyəsindən 1 043 metr yüksəklikdə yerləşir. Avtomobil nömrəsi 31-dir. Şəhərdən Bakıya qədər olan məsafə 175 kilometrdir. İsmayıllı 2027-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” seçilib. Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı rayonu 6 inzibati rayonla həmsərhəddir. 6-cı yer - Cəlilabad rayonu Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilib. 2 iyul 1967-ci ildə isə Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb. Sahəsi 1 440 kvadrat kilometrdir. Dəniz səviyyəsindən 18 metr yüksəklikdə yerləşir. Əhalisi 230 min nəfərdən çoxdur. Avtomobil nömrəsi 15-dir. Ərazisi düzənlik və alçaq dağlıqdır. 120 kəndi var. Ən çox şəhər əhalisi olan rayonlardan biridir. Bakıdan 210 km məsafədə yerləşir. 5-ci yer - Laçın rayonu Laçın 1 şəhər, 1 qəsəbə və 124 kənddən ibarətdir. Sahəsi 1 835 kvadrat kilometrdir. Avtomobil nömrəsi 41-dir. Dəniz səviyyəsindən 1 164 metr yüksəklikdə yerləşir. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Rayon mərkəzinin Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 kilometrdir. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Əhalisi 100 min nəfərə yaxındır.