У нас вы можете посмотреть бесплатно Zehindəki Günahlar | Ustad Pənahian или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Mətn: Zehindəki Günahlar | Ustad Pənahian Dostlar, bəzi günahlar var ki, tez bağışlanar. Bəzi günahlar var ki, heç yazılmır, o ki qaldı bağışlana. Bəzi günahlar yazılsa da, sonra rahat bağışlanar. Amma elə günahlar var ki, çətinlik çıxararlar. Ən azından səndən "qələt elədim!" deməyini gözləyərlər. Çox çətin bağışlanarlar ki dedim, əslində bəzi zehnimizdə olan günahları heç bağışlamazlar. Rəvayətdə var ki, Allah bütün günahları bağışlayar, zehində olan günahdan başqa. O günah nədir? Zina? Oğurluq? Qətl? Xeyr, bunlar bağışlanar. Allahın əfv etmədiyi tək günah... Allaha qarşı edilən sui-zənndir. Bu şəxs düşüncələrini idarə edə bilmir. Daim "Allah məni bağışlamaz" deyə düşünür. "Elə olsun. Bağışlamayacağam səni!”Həmin bu kiçik günahına görə. “Zehnini idarə edə bilərdin. Qəlbi idarə edə bilməzsən. Hər nə əməl eləmisənsə keçmişdə qaldı. Amma zehnini ki, idarə edə bilərdin." Allahım, sənə sui-zənn etdiyim bütün anlarda narahat oldun. Mən qələt elədim! Əfv elə! Allah Hz.Davuda (ə) belə buyurdu: "Ey Davud! Filankəsin qızı cənnətdə səninlə eyni dərəcədədir." Dedi: "Peyğəmbərlə eyni dərəcədə olan kəsi gedib görmək istəyirəm." Qızın yanına gedib əməlləri haqqında ondan soruşdu. O da danışdı. "Sən nə cür yaşayırsan, nə cür ibadət edirsən?" Cavabında gördü ki, hamısı adi şeylərdir. Yenə onu sorğu-suala tutdu: "Bu şeyləri hansı hisslə edirsən? Allaha qarşı zehnində nə var? Niyyətin nədir?" Qızın cavabına fikir verin. "Allah olduğum bir vəziyyəti dəyişdirdiyində bir an olsun belə Allaha sui-zənn etmədim. "Şübhəsiz, beləsi mənim üçün daha xeyirlidir" deyə düşündüm." Davud (ə) dedi: "Allaha qarşı olan bu hüsnü-zənnin səni peyğəmbərlə eyni dərəcəyə qaldırıb." "Allaha qarşı heç vaxt pis fikirdə olmadım. Sadə dillə desək, Allah anamı ağlatdı, amma sui-zənn etmədim. "Şübhəsiz, beləsi daha xeyirlidir" deyə düşündüm." Allaha qarşı olan bu hüsnü-zənnin səni zəmanənin peyğəmbəri ilə eyni dərəcəyə qaldırdı. Heç kəs Allaha qarşı pis fikirdə olmamalıdır! Zehnimizdə olan bəzi günahları heç bağışlamazlar. Rəvayətdə var ki, Allah bütün günahları bağışlayar, zehində olan günahdan başqa. Heç kəs Allaha qarşı pis fikirdə olmamalıdır! Bizi sosial mediada izləyin: İnstagram: / qirilmaz.ip TikTok: / qirilmaz.ip Telegram: https://t.me/qirilmazip