У нас вы можете посмотреть бесплатно İnsanlar Arasında Fərq | Ustad Pənahian или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Mətn: İnsanlar Arasında Fərq | Ustad Pənahian İmam Sadiq (ə) buyurur: “Əgər insanlar arasında fərqlərin olduğunu bilsəniz, heç kimi məzəmmət etməzsiniz”. Bizim nəsihətimiz çox zaman məzəmmətlə olur. Bu cür nəsihət verməyək ki, qarşı tərəf məzəmmət olunsun və məyus olsun. Günahkar insanın gərək həmişə ümidi olsun. Biz onlara deməməliyik ki, “Sən artıq bədbəxtsən, amma ümid var ki, Allah sənə nicat versin”. Ola bilər ki, bir nəfər günahkar olsun, amma bədbəxt olmasın. İmam Sadiq (ə) insanlar arasında yüzlərlə fərqin olduğunu deyib. Əgər biz bu dərk etsək anlasaq, heç kimi məzəmmət etmərik. Biri deyə bilər ki, “Əgər məzəmmət etməsək camaatı necə hidayət edə bilərik?” Camaat deyirdi, “Ey Allahın peyğəmbəri, o cavan oğlan ki, namaz qılır, həm də naməhrəmə baxır”. Peyğəmbər (s) cavabında dedi, “Onun namazı onu düzəldəcək”. Fikir verdiz?!Peyğəmbər (s) onun əməlinin pis olmasını inkar etmədi. Əgər həmin cavan bunu eşitsəydi çox ümidli olardı. Çox maraqlıdır. Bu, həqiqətən də maraqlıdır. Bir nəfər xanımların yanında oturub onlarla söhbət edirdi. O özü bu hadisəni belə danışır: “Gördüm ki, bir neçə xanım çadırın yanında əyləşiblər. Yaxşı paltarlarımdan birini geyinib onlarla söhbət etməyə getdim. Fürsətdən istifadə etmək üçün gedib onların yanında əyləşdim. Bu zaman Hz.Peyğəmbər (s) yanımızdan keçirdi. Həzrət soruşdu: “Orda nəsə işin var?” O istəyirdi ki, cavan “Bəli, var” desin. Oğlan cavab verdi: “Hə, dəvəmin ipini itirmişəm, onu axtarıram.” Həzrət (s) dedi: “Tapanda yanıma gələrsən.” Həmin cavan deyir ki, “Xanımların yanından ayrıldım. Sonra bir dəfə Peyğəmbər (s) məni gördü və soruşdu ki, “Dəvənin ipini tapa bildin?” Mən dedim ki, “Axtardım, amma orada yox idi”. Mən daha Peyğəmbərin (s) yanına getmədim ki, məndən dəvəmin ipinin niyə orada olmasını soruşmasın. Bir gün Həzrətin məsciddə olmadığı vaxt ora getdim. Namaz qılırdım ki, Həzrət daxil oldu. Axx! Yenə ip! Namazımı uzatdım. Uzatdım ki, Peyğəmbər (s) getsin. Məndən artıq neçə dəfə soruşmuşdu ki, “Dəvənin ipi necə oldu?” Peyğəmbər (s) orada dayanmışdı və dedi: “Namazı nə qədər uzatmaq istəyirsən uzat, mən buradayam”. Namazımı bitirdim. Həzrət (s) soruşdu: “Dəvənin ipi necə oldu?” Cavab verdim ki, “İpə heç nə olmayıb. Bağışla məni. Mən səhv elədim və bunu anladım. Həzrət (s) buyurdu: “Naməhrəmlərin arasında o cür oturma və sərhədi qorumağa çalış””. Bu, həqiqətən də möhtəşəmdir. İndi həmin bunun danışıq tərzinə nəzər salaq. Rəvayətdə deyilir ki, “İnsan öz dilinin arxasında gizlənib”. Camaatın “Bu insan mehribandır” deyə bilməsi üçün siz gərək danışasız. Bu həqiqətən doğrudur! Bir insan necə danışmalıdır ki, camaat onun mehriban olduğunu söyləsin? Və ya necə danışmalıdır ki, eyni şeyi desə, camaat desin ki, təkəbbürlüdür? Nəsihətimiz çox zaman məzəmmətlə olur. Bu cür nəsihət etməyək ki, qarşı tərəf məzəmmət olunsun və məyus olsun. Bizi sosial mediada izləyin: İnstagram: / qirilmaz.ip TikTok: / qirilmaz.ip Telegram: https://t.me/qirilmazip