У нас вы можете посмотреть бесплатно İnsult üzrə Beynəlxalq Multidissiplinar Elmi-Praktiki Konfrans или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
5 fevral 2026-cı il tarixində Bakı Sağlamlıq Mərkəzində insultun profilaktikası, diaqnostikası və müasir müalicə üsullarına həsr olunmuş Beynəlxalq Multidissiplinar Elmi-Praktik Konfrans təşkil olundu. Tədbir müxtəlif sahələr üzrə həkimləri, o cümlədən nevroloqları, radioloqları, reanimatoloqları, təcili tibbi yardım həkimlərini və digər mütəxəssisləri bir araya gətirərək bu sahədə bilik və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynadı. Konfransın açılışında mərkəzimizin icraçı direktoru Dos. Dr. Asiman Həsənov çıxış edərək ölkəmizdə insult xidmətinin inkişafı, müasir texnologiyaların tətbiqi, multidissiplinar yanaşmanın əhəmiyyəti və beynəlxalq əməkdaşlığın tibbi xidmətlərin keyfiyyətinə verdiyi töhfələr barədə geniş məlumat verdi. O, xüsusilə vaxtında diaqnostika və düzgün təşkil olunmuş insult mərkəzlərinin pasiyentlərin həyatını xilas etməkdə həlledici rol oynadığını vurğuladı. Konfrans çərçivəsində Dr. Pərvin Allahyarova ölkəmizdə insult üzrə müasir tibbi xidmətin təşkili və bu istiqamətdə həyata keçirilən layihələr barədə çıxış etdi. Eyni zamanda Almaniya və digər ölkələrdən dəvət olunmuş mütəxəssislər – invaziv neyroradioloqlar, professorlar və klinik praktikada çalışan həkimlər insult mərkəzlərinin təşkili, mexaniki trombektomiya, pasiyent seçimi meyarları, serebral anevrizmaların müasir müalicə strategiyaları və diaqnostik proseslərin optimallaşdırılması kimi mövzular üzrə təqdimatlarla çıxış etdilər. Tədbirdə Bakı Sağlamlıq Mərkəzinin mütəxəssisləri də son illərdə əldə olunan klinik təcrübə və nəticələri iştirakçılarla bölüşdülər. Bakı Sağlamlıq Mərkəzi olaraq tibbin müxtəlif sahələrində elmi tədbirlərin təşkili, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi və həkimlərin peşəkar inkişafına töhfə verən layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu kimi konfranslar səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və pasiyentlərə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.