У нас вы можете посмотреть бесплатно Quru sərhədlərin bağlı qalması narazılıq doğurur | Gürcüstan azərbaycanlıları çağırış edir или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Azərbaycan quru sərhədləri nə vaxt açılacaq? Cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycan quru sərhədlərinin nə vaxt açılacağıdır. Lakin bu istiqamətdə hələlik Rəsmi Bakı tərəfindən hər hansı qərar açıqlanmayıb. Quru sərhədlərin uzun müddətdir bağlı qalması vətəndaşları yalnız hava yolu ilə səfər etməyə məcbur edir. Hazırda isə 18 sentyabr tarixinədək Tbilisidən Bakıya standart biletlər mövcud deyil. Azərbaycan Milli Aviadaşıyıcısı AZAL biznes-klass üçün qiymətləri 1275–1900 lari aralığında müəyyən edib ki, bu da əksər sərnişinlərin cibinə uyğun deyil. Bahalı bilet qiymətləri Azərbaycan və Gürcüstan arasında ailə və qohumluq əlaqələri olan insanları çətin vəziyyətə salır. Şəhərdə apardığımız sorğuda vətəndaşlar açıq şəkildə narazılıqlarını ifadə edərək bildiriblər ki, sərhədlərin bağlı qalması həm maddi, həm də sosial baxımdan onlara ciddi zərbə vurur. Onlar quru sərhədlərin tezliklə açılması ilə bağlı Azərbaycan dövlətinə çağırış ediblər.