У нас вы можете посмотреть бесплатно 40 Yaşdan sonra Qadınlarda CİNSİ SAĞLAMLIQ - MÜTLƏQ BUNU EDİN или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#endokrinoloq #AyşənXəlilova #tiroid Endokrinoloq Ayşən Xəlilova Əlaqə nömrəsi: 070 665 22 15 Instagram: endokrinoloq_ayshan_khalilova Facebook: Endokrinoloq Ayşən Xəlilova 40 yaşdan sonra nə baş verir? Yağlı, unlu yeməklər yeyib kökəlmədiyiniz günləri xatırlayırsınız? Unudun onu! Araşdırmaya görə, 40 - 55 yaş arasında olan bir qadın eyni kalori qəbul edərsə, təxminən 7 kq çəki qazanır. Bu qismən maddələr mübadiləsinin azalması ilə əlaqədardır, amma başqa bir səbəb də var: yaşlandıqca əzələ itir, piy toxumasına çevrilir. Əzələlərin həyati funksiyalarını qorumaq üçün yağdan daha çox kaloriyə ehtiyacı olur, bu o deməkdir ki, siz keçmiş günlərdə xərclədiyiniz kaloriləri israf etmirsiniz və təbii olaraq kökəlmirsiniz. 40 yaşında menopauza başlamasa da (menopauza, adətən, 50-52 yaşdan baş verir), bir qədər dəyişə bilər.Estrogen, progesteronlar reproduktiv sisteminizi idarə edən hormonlar olaraq gözlənilməz davranmağa başlayacaq. Dəyişikləri və hormonal artımları göstərən fizioloji simptomlar - qeyri-müntəzəm tsikl, yuxusuzluq, baş ağrıları, libidonun artması,yaxud azalması və yetkinlik dövrünə xas həyatınızda artıq yaşadığınız digər hallar yarana bilər. Menstruasiya bir neçə ay olmaya bilər və ya yalnız bir-iki gün davam edə bilər. Döş xərçəngi riski artır Təəssüf ki, döş xərçəngi inkişaf riski yaşla artır, ona görə də döş mamoqrafiyasına laqeyd yanaşmayın. 30 yaşında süd vəzi xərçəngi diaqnozu qoyulma şansı 228-də 1-dirsə, 40-49 yaşlarında şans 69-da 1-ə yüksəlir. Yaxşı olar ki, mütəmadi həkim müayinəsindən keçəsiniz. Bundan əlavə, alkoqol qəbulunu,siqareti azaltmaq, pəhrizinizə meyvə və tərəvəz əlavə etmək və idman kimi bəzi profilaktik tədbirləri özünüz də edə bilərsiniz ki, bunların hamısı gələcəkdə döş xərçəngi riskinizi azaltmağa yardımçı olacaq. Sümüklər daha kövrək olur Təxminən 35 yaşından etibarən kalsium bədəndən yuyulmağa başlayır, sümüklərimiz üçün əsas tikinti materialı azalmış olur. Bu o deməkdir ki, sümük sıxlığı ildən-ilə azalır. 40 yaşında kövrək sümüklər və qırıqlar barədə narahat olmaq hələ tez olsa da, bədənə kömək etmək və skeleti içəridən gücləndirməyə başlamaq vaxtıdır. İdman məşqləri kövrək sümüklərin qarşısını almağa kömək edir və vitaminlər qəbulu, xüsusən də kalsium mikroelementinin bədəndən yuyulmasından qoruyacaqdır. D3- Kalsium kompleksi ,xüsusilə osteoporozun qarşısının alınması üçün faydalıdır. Laktozaya qarşı həssaslıq yarana bilər Bəzən uşaq yaşlarından insanda laktozaya qarşı həssaslıq ortaya çıxır. Ancaq əksər insanlarda yaş artıqca baş verir. Söhbət süd məhsullarındakı zülalı parçalayan laktoza adlı xüsusi fermentdən gedir. Yaş artdıqca laktoza istehsalı azalır, yəni orqanizm artıq qəbul edilən süd və süd məhsullarının öhdəsindən gələ bilmir. Həssaslığın əsas simptomları həzm problemləri, sızanaqlar və hətta miqrendir. Nə etməli? Laktoza sintezi üçün analizlər verin, əgər diaqnoz təsdiqlənərsə, ya süddən imtina edin, ya da laktozasız və ya bitki əsaslı südə keçin.