У нас вы можете посмотреть бесплатно Anasını aldadıb evə çağırdı, amansızlıqla öld*rdü - 3 gün əvvəl Maştağıda törədilən dəhşətli qətl или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bu hadisə 3 gün əvvəl 2026-cı il yanvarın 24-ü səhər saat 11 radələrində Bakıda, Maştağada, Gülçülük sovxozu adlanan ərazidə baş verib. Hadisəyə keçmədən əvvəl bir məqamı qeyd edək ki, həssas şəxslərin verilişə baxması məsləhət deyil. Bu qətl hadisəsi yeni olduğuna görə hüquq mühafizə orqanları hələki faktı araşdırır və normal olaraq hələki detallar barədə mətbuata məlumat yaymayıb. Öncə sizə Baş Prokurorluğun hadisə ilə bağlı ilkin açıqlamasını təqdim edəcəyik. Davamında isə ailəyə yaxın şəxslərin TV11-ə verdiyi dəhşətli məlumatları bölüşəcəyik. Baş prkokurorluğun Trend İnformasiya Agentliyinə verilən məlumata görə yanvarın 24-də paytaxtın Sabunçu rayonu ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalara görə 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub. İndi isə keçək hadisə baş verən ailənin yaxınlarının TV11-ə verdiyi dəhşətli açıqlamalara. Əvvəlcədən qeyd edim şübhəli şəxs qismində saxlanılan Emil Ağayev mərhumun oğludur. Və o, anasını amansızlıqla qətlə yetirib. Keçək təfərrüata. Yaxınlarının verdiyi məlumata görə mərhum Ağayeva Həyat Nəzər qızı mərhum həyat yoldaşı ilə Rusiyada çalışaraq, göyərti, tərəvəz sataraq özlərinə Maştağada, gülçülük sovxozunda ev tikir. Sonra onun həyat yoldaşı Xanlar Ağayevi Rusiyada öz həmyerlisi 35 bıçaq zərbəsi vuraraq qətlə yetirir. Bu hadisədən sonra hətta sonda anasını qətlə yetirən Emil Ağayev deyirmiş ki, o, atasının qisasını onu öldürən şəxslərdən alacaq. Bu barədə az sonra…