У нас вы можете посмотреть бесплатно Çingiz Mustafayev arxadan vurulmuşdu? – O, niyə bronjletin qurbanına çevrildi? или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#cingizmustafayev #trend #1000production Elə insanlar var ki, onlar təkcə bacarıqları, istedadları, cəsurluqları ilə deyil, həm də xarizması – ilahi enerjisi ilə seçilirlər. Həmin enerji insanları bu fani dünyada çox kirlənməyə qoymur, ömrün gül çağında cənnətlə müjdələyir. Qısa ömründə adını bütün qiymətli lövhələrə yazdıran bir şəxsiyyəti anırıq. Biri var idi... Rep mikrofoununu, həkim xalatına, ağ xalatı jurnalist kamerasına, kameranı ağ kəfənə dəyişən Çingiz Mustafayev... Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxanda Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində doğulub. 1964-cü ildə ailəsi ilə Bakıya köçüb. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayır. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil alır. Daha sonra o, hərbi məktəbi tərk edir orta məktəbə daxil olur. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirir. Çingiz Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubu yaradır. O, Azərbaycanın ilk DJ kimi tanınır. 1981-ci ilin sentyabr ayında Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan "3M" adlı qrup yaradır. O, həm də Azərbaycanda repin əsasını qoyan şəxsdi. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olur, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran Ç.Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləyir. 1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olub. 1979-cu ildən 1983-cü ilə kimi aktyor Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olub. Evli idi, Fuad adlı oğlu var. O, eyni zamanda ABC Nevs kanalının da müxbiri kimi çalışırdı. Çingiz Mustafayevi jurnalist kimi qeyri-peşəkarlıqda qınayanlar iddia edirdilər ki, guya ermənilər ordumuzun koordinatlarını Çingizin reportajlarına uyğun təyin edirdilər. Hərçənd Çingiz Mustafayevin kadrlarını diqqətlə izləyən şəxslər şahidi olublar ki, o hərbçilərdən belə - hansı ki, hərbçilər bu sirri qorumalıdır – onlardan belə ad çəkməməyi xahiş edir. Amma nədənsə müdafiə nazirliyi, ölkə rəhbərliyi səviyysində qeyri-peşəkarlıq, başsızlıq müşahidə olunan bir ölkədə dilavərlər yalnız Çingizdən peşəkarlıq gözləyirdilər. Bəli, Çingiz qeyr-peşəkarlıq edirdi, o, kamerası çiynində ola-ola jurnalist kimi yox, vətəndaş kimi, hərbçi kimi davranır, işğal olunan torpaqların ona verdiyi gərginliklə jurnalistikanın qaydalarını pozurdu. Ancaq bu hərəkətə qeyri-peşəkarlıq deməyə də gərək insanın vicdanı yol verə. Çingiz hansısa ölkədən bura müharibə haqqında reportaj hazırlamağa gələn vecsiz jurnalist deyildi ki, olub keçənləri soyuqqanlı şəkildə izləsin, kamerasına çəksin və tamaşaçılara təqdim etsin. O, bir Azərbaycanlı idi – rayonları bir-bir işğal olunan ölkənin vətəndaşı. ÇE gevara günlərin bir günü həkim çantasını ataraq hərbçiyə çevrilmişdisə, Çingiz kamerasını çiynindən yerə qoymadan Çe Gevaraya çevrilirdi. O, döyüşlərin içində ikiyə bölünmüşdü: 1 – o, bir jurnalist kimi müharibədə zərərçəkənləri, prosesləri Azərbaycan və dünya ölkələrinə zamanında, obyektiv şəkildə çatdırmalı idi. 2 – o, özünə borc bilirdi ki, hərcmərclik yaşanan bir ölkədə orduya ruh versin. Komadirsiz qalan, əsgərlərin yanında olsun Üzünü, üzünü qaldır, qaldır üzünü... Məsələ burasındadır ki, orada xarici jurnalistlər olsa da, Rusiya da daxil olmaqla, xarici ölkələr həmin kadrları efirə vermir. Xocalı faciəsi Çingizin kadrları sayəsində üzə çıxır. Çingiz jurnalist olmasına baxmayaraq efirdən səfərbərlik elan etmişdi. Və jurnalistikadan əlavə heç bir vəzifəsi olmayan bir şəxsin sözü ilə yüzlərlə adam milli məclisin qabağına toplanaraq oradan avtobuslarla döyüşə yollanmışdı. Çingiz bunu avtariteti – yəni xarizması sayəsində bacarırdı. Çingiz “öldüm” dedikdən, yəni bir an sonra canını tapşıracağını yəqin etdikdən sonra da bir söz deyir, kameranı götürün... Çünki o nəyin uğrunda fəda olduğunu yaxşı bilirdi. Yaralndıqdan sonra Çingizi Ağdam hospitalına gətirirlər. Təəsüf ki, qəlpə çingizin daxilində arteriya damarını kəsir. Və o hospitala çatanda artıq həkimlər heçnə eləyə bilmirlər... Təəssüf ki, Çingizin ölümünün ardınca onun tapançasını da oğurlamışdılar. Qardaşı, Vahid Mustafayevin fəal axtarışından sonra Sumqayıtdan olan bir fərarinin həmin tapançanı oğurladığını aşkarlayır. Bütün bu ağrılı hadisələrə baxmayaraq 1992-ci ilin noyabrında Azərbaycan prezidentinin sərəncamı ilə Çingiz Mustafayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Bu gün Azərbaycanın bir çox yerlərində çingiz Mustafayevin adını daşıyan məkanlar var. Lakin Milli qəhrəmanın yalnız Əsgəranda, onun canını tapşırdığı Naxçıvanik kəndində ucaldılacaq abidəsi onun ruhuna təskinlik verə bilər. Hansı ki, həmin abidə onun arzuladığı azad müdianın kameraları ilə işıqlandırıldığı halda. Xalq isə Çingiz Mustafayevin abidəsini elə onun sağlığında, qəlblərdə ucaldtmışdı.