У нас вы можете посмотреть бесплатно 🔷 ƏVƏLİKLİ ƏTLİ ƏRİŞTƏ или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Salam, hər vaxtınız xeyir, əzizlərim Ətli Əvəlikli Əriştə reseptini təqdim edirəm. ♦️ Əriştə xəmiri üçün: • 200 q un • 1 ədəd yumurta • 0,5 stəkan- hardasa 4 y/q ilıq su • 1 çimdik duz Bütün ərzaqları qarışdırıb bərk xəmir yoğururuq. Kündə bağlayıb 5–10 dəqiqə saxlayırıq. Daha sonra xəmiri nazik (1 mm) yayırıq və incə şəkildə kəsirik. Bu miqdardan 1 kündə alınır. ♦️ Hazırlanması: . Tikə mal əti -150 qr - qaynadılır. . Maş lobya -50 qr . Su - 2 litr . Əvəlik - 50 qr • Qazana su əlavə edib qaynamağa qoyuruq. Su qaynadıqda qazı söndürüb əvəlikləri əlavə edirik. • 50 q maş lobya kifayətdir. Maş lobyanı ayrıca bişiririk. • Tavada 1 ədəd soğanı xırda doğrayıb yağda qovurub duz əlavə edirik. İstəyə görə sarıkök və qara istiot da vura bilərsiniz. • Qazana 2 litr soyuq su və varsa, ət suyu əlavə edirik. Su qaynadıqda maş lobyanı və əvəlikləri tökürük. • 3–4 ədəd quru alça əlavə edirik. • Ardınca əriştəni əlavə edirik. 3–4 dəqiqə qaynadıb qazı söndürürük. Hazırlayanlara nuş olsun! #food #foodblogger #ilmuseninbisirdikleri #ilmusenin_bisirdikleri #əriştə #ilmuseninbildikleri