У нас вы можете посмотреть бесплатно Böyük kənd - Əlvənd или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bir zamanlar “Böyük kənd” adlanan Əlvəndin ərazisi müasir ərazisindən bir-neçə dəfə böyük olmuş və məntəqələrə bölünmüşdür. Çox güman ki, ərazidə yerləşən yaşayış məntəqələri, kəndlər ümumi halda Əlvənd adlandırılmışdır. Kəndin tarixi eramızdan əvvələ gedib çıxır, ərazidə və ətrafında əsrlər boyu qədim insan məskənləri, yaşayış məntəqələri olub. Bəzi tətqiqatçılar tarixi mənbələrdə adı çəkilən Alban şəhərini müasir Əlvənd kəndi ilə eyniləşdirirlər... Kəndin tarixinə aid maddi mənbələr kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə ötən əsrdə aparılan meliorasiya işləri zamanı aşkar edilmişdir. Qazıntı zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, mis sikkələr, müxtəlif əmək alətləri tapılmışdır. Bu da eramızdan əvvələ, dördüncü minilliyə, Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə gedib çıxır. Digər maddi mənbə ötən əsrin ortalarında kənddəki köhnə qəbristanlığın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir... 1790-cı ildə Əsgər xan və Mustafa bəy arasında hakimiyyət uğrunda gedən çəkişmələr zamanı da Əlvənd kəndi münaqişələrin içərisində idi. Ağası xanın oğlu Mustafa xan bir müddət Əlvənddə məskən salır. Osmanlı ölkəsindən Qarabağa gəlmiş Əsgər bəy Şamaxı əyanları ilə ittifaq bağlayıb, Qasım bəyi Mustafa bəyin üzərinə, Əlvəndə göndərmiş, lakin o, məğlub olub geri qayıtmışdı. Serebrov yazır ki, Əsgər xan ilə qardaşı Qasım xan arasında hakimiyyət uğrunda aparılan mübarizədən Ağası xanın Əlvənddə olan oğlu Mustafa bəy istifadə edərək hakimiyyəti ələ keçirdi. Fituni bildirir ki, Qasım xan əhali arasında öz qəddarlığı ilə ad çıxarmışdı. Buna görə də 1792-ci ildə əhali onu devirib, Mustafa bəyi Əlvənddən Şamaxıya dəvət etdi. Göründüyü kimi Əlvənd kəndi Şirvan xanlığında baş verən hadisələrdən kənarda qalmayıb və bəzi vaxtlarda mərkəzdə olub. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində bunu təsdiqləyir. “Bir həftədən sonra Ali-Sərkar gəlib Ağsu şəhərini aldı, zəif təbiətli və tədbirsiz Manaf xanı öldürdü. Bunların hamısından böyük olan Əsgər xan Məhəmmədsəid xan oğlunu hökumətə oturtdular. Mustafa bəy Əlvəndə gedib Qətran səngərində oturdu. Qasım xan, Mustafa bəyin səngərinə hücum etmək üçün Əlvəndə getdisə də məğlub olub geri qayıtdı. Nəhayət, hicri 1206-cı, yəni 1792-ci ildə, Şirvan əyanının və xüsusilə Yüzbaşı bəy Hövzü və Ömər Sədarinin təklifilə, Mustafa bəy Əlvənddən gəlib şəhərdə, Ağsu şəhərində hökumət bayrağını yüksəltdi”. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, “1775-ci ildə Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu”. Drenyakin isə yazırdı ki, Ağası xan Fətəli xan ilə Məhəmmədsəidin qohum olduğunu və Şamaxıda hakimliyin Məmmədrzaya verildiyini eşitdikdə təcili Əlvənddən Şamaxıya gəldi və böyük qardaşından hakimiyyəti tələb etdi. Sonralar Fətəli xan yenidən Şamaxıya hücum edərkən qardaşlar öz aralarındakı ixtilafı unudub Quba xanına qarşı çıxırlar.