У нас вы можете посмотреть бесплатно Şəhid – Kənan Abdullayev | Dastana Dönən HEKAYƏLƏR layihəsi (Mingəçevir) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
📍 “Dastana dönən HEKAYƏLƏR” layihəsi çərçivəsində bu dəfə yolumuz bir zabitin –leytenant, şəhid Kənan Abdullayevin ailəsinə oldu. Bu təkcə bir ziyarət deyildi – bu, bir ömrün qəhrəmanlıq yolunu gələcəyə əmanət etmək idi. Layihə Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olaraq, Mingəçevir Dövlət Universitetinin və Sabirabad Gənclər Evinin dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Müşfiq Tarıverdiyevdir. Məqsədimiz gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, qəhrəmanlarımızın həyat yolunu unudulmayan tarixə çevirməkdir. Bəzən bir insan haqqında ən doğru sözləri döyüş yoldaşları deyir… Kənanın komandirlik etdiyi əsgərlərdən biri onu belə xatırlayırdı: 🔸️ “O, bizim taborun sarvanı idi. Gecə-gündüz bizi düşünərdi. Deyirdi: siz mənim kiçik qardaşlarımsınız. Canını da bizim üçün verərdi…” Və elə də oldu… Leytenant Kənan Abdullayev Suqovuşan istiqamətində gedən döyüşlərdə 29 yaşında şəhidlik zirvəsinə ucaldı. Anası Azadə xanım deyir ki, Kənan döyüşdə olduğunu belə gizlətmişdi: 🔹️ “Hər dəfə danışanda deyirdi: narahat olmayın, hər şey yaxşı olacaq…” Amma bir gün həyətə yığışan adamların sükutu hər şeyi dedi… Tabut qapıdan içəri girəndə ana deyir: 🔸️“Mən də Kənanla birlikdə öldüm…” Bu gün Kənan Mingəçevir şəhərində Şəhidlər Xiyabanında uyuyur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Biz inanırıq: Şəhidlər torpağa yox, tarixə köçür. Və bu tarix – danışıldıqca yaşayır… 🇦🇿