У нас вы можете посмотреть бесплатно ƏLİLLƏRİN SOSİAL MÜDAFİƏSİ İLƏ BAĞLI YENİ QANUN HAZIRLANIB или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Azərbaycanda fiziki imkanları məhdud olan şəxslərin sosial obyektlərə çıxışının təmin olunması və ictimai nəqliyyatdan istifadə imkanlarının genişləndirilməsi ilə qanunvericiliyə dəyişikliklər təklif olunur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov “Azərbaycanda sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının müdafiəsinin gücləndirilməsi” mövzusunda simpoziumda belə dedi. Bildirdi ki, təkliflər paketi artıq Nazirlər Kabinetinə təqdim olunub. “Fiziki imkanları məhdud olan şəxslərin xüsusən parklarda və digər sosial obyektlərdən istifadə imkanları məhduddur. O baxımdan təkliflər paketi hazırlanıb. Çıxış imkanlarının konkret layihə hazırlanıb Nazirlər Kabinetinə təqdim edilib”. Azərbaycanda fiziki imkanları məhdud olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi islahatlar aparılır. Həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Artıq əlillərin sosial müdafiəsi haqqında yeni qanun layihəsi hazırlanıb. Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyir ki, sənədin son variantının yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə çıxarılacağı gözlənilir. Azərbaycanda əlillərin cəmiyyətə inteqrasiyası və sosial vərdişlərinin təmin olunması üçün onların məşğulluğu, mənzil məişət şəraitinin yaxşılaşdırılması iqtiqamətində addımlar atır. Gələn ilin büdcəsində də sosial proqramlara böyük vəsaitin ayrılması nəzərdə tutulur.