У нас вы можете посмотреть бесплатно Rusiyada azərbaycanlı olmaq təhlükəlidir? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“Rus əsgərinin ayağının dəydiyi yer bizimdir”. Putinin sözləridir. Ötən həftə Sankt-Peterburq İqtisadi Forumunda demişdi. Hətta bunun bir deyim yox, qayda olduğunu bildrimişdi. Bu sözləri Ukrayna ilə müharibə vəziyyətində olan bir ölkənin rəhbəri deyirdi. Əslində isə bu zəng bütün post-Sovet məkanı üçün çalınır. Bəlkə, Putin bu sözlərlə SSRİ-ni bərpa etmək niyyətinin siqnalını verir? Rusiya əsgərinin ayaq izləri Şərqi Avropa və keçmiş SSRİ məkanında var. Rusiya Ermənistanda, Gürcüstanda, Ukraynada hərbi mövcudluğa malikdir. Rus əsgərinin ayağı bizim torpaqlara da dəyib. Amma Cənubi Qafqazda Azərbaycan yeganə ölkədir ki, onların ayağını girdiyi yerdən kəsməyi bacarıb. Rusiya Azərbaycanın ən faciəvi tarixinin baş iştirakçılarındandır. 19-cu əsrdə Azərbaycanı iki yerə bölən Çar Rusiyası, 20-ci əsrdə işğal edən bolşevik Rusiyası idi. Dövrümüzün Rusiyası isə Qarabağ münaqişəsini alovlandırıb, 20 yanvarda Azərbaycana ordu yeridilməsinə qərar Moskvada verilib. Xocalı soyqrımının törədilməsində Rusiyanın 366-cı motoatıcı alayının əli var. 1-ci və 2-ci Qarabağ müharibələrində Ermənistanın qalib gəlməsi üçün hər dəstəyi verən də Rusiyadır. Sülhməramlılarını Qarabağda əbədi saxlamaq istəyən, bunu bacarmayanda Xankəndidə konsulluq açmaq planları quran da odur. Və nəhayət Qroznı səmasında təyyarəmizi vurub insanlarımızı öldürən, sonra bunu inkar edən də Rusiyadır. Bu sadaladıqlarım Rusiyanın bugünədək Azərbaycana qarşı yürütdüyü siyasətdir. Bu həftə onların sırasına yenisi əlavə olundu. Moskva Azərbaycan və azərbaycanlılara qarşı təzyiq siyasətində yeni səhifə açdı. Yekaterinburqda Azərbaycan vətəndaşı və əslən azərbaycanlı olan Rusiya vətəndaşlarına qarşı ağlasığmaz cinayət törədildi. Azərbaycanlılar öldürüldü, onlara işgəncələr verildi. Adını cinayətin araşdırılması qoydular. Guya öldürülən və həbs edilən azərbaycanlılar illər öncə törədilən cinayətlərdə şübhəlidirər. Əsl həqiqət isə başqadır - Rusiya Azərbaycana açıq düşmənçilik edir. 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycan Rusiyanın imperialist siyasətinə açıq şəkildə və prinsipial cavab verir. Azərbaycan Prezidenti digərləri kimi Putinlə görüşə can atmır, Putinin təşkil etdiyi tədbirlərdə iştiraka tələsmir, siyasətini Rusiyanın diktəsi ilə qurmur. İlham Əliyev nümayiş etdirir ki, Azərbaycanın öz dövlət maraqları var. Və bu maraqlar onun üçün hər şeydən üstündür. Kremlin həzm edə bilmədiyi məhz budur. Biz Azərbaycan təyyarəsinin yanlışlıqla vurulduğuna hardasa inana bilərik. Hərçənd dronla sərnişin təyyarəsini ayırd edə bilməyən hərbçilərə malik olması Rusiya üçün utancverici olmalıdır. Amma Yekaterinburqda azərbaycanlılara verdiyi işgəncələri biz heç cür təsadüf hesab edə bilmərik. Heç şübhəsiz ki, bu hadisə həmin insanlar azərbaycanlı olduqları üçün törədilib. Bu, Rusiyanın soyadaşlarımız vasitəsilə Azərbayacana növbəti təzyiq üsuludur. İnsanların milli mənsubiyyətinə görə sıxışdırlması, ayrıseçkiliyə məruz qalması nasizmin formasıdır. Rusiyada ultramillətçilik hər gün daha çox vüsət alır. Ultramillətçi qrupların, hüquq-mühafizə orqanlarının fəaliyyəti nəticəsində nasizm Rusiyanın az qala baş planına çevrilib. Bu siyasəti dövlət qurumları həyata keçirirsə, bu, dövlət səviyyəsində nasizm deyilmi? Bəlkə Ukraynada dırnaqarası denasifikasiya aparmaq əvəzinə, öz ölkəsində bu cür faşizm siyasətini həyata keçirənlərlə mübarizə aparmaq lazımdır? Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bu cür cinayətlər törətməsi və cəzasız qalması nə deməkdir? Bu o deməkdir ki, Rusiyada ultramillətçilərin törətdiyi cinayətlər cəzasız qalır? Bunlar hamısı suallardır. Bu suallara Rusiya rəhbərliyi, konkret Putin özü cavab verməlidir. Rusiya Prezidentinin ultramillətçiləri cəzalandırmaması onları dəstəklədiyi mənasına gəlir. Bu dəstək isə bu halın genişlənməsinə və bu cür cinayətlərin çox rahatlılqla törədilməsinə gətirib çıxarır. Amma Rusiya federativ dövlətdir. Bu ölkədə milyonlarla azərbaycanlı və digər xalqların nümayəndələri yaşayır. Ultramillətçiliyin Rusiyanı hara aparıb çıxaracağını proqnozlaşdırmaq çətin deyil. Bizi İzləyin: Whatsapp: https://whatsapp.com/channel/0029Va8Q... Facebook: / ictimai.tv Instagram: / ictimaitv.official Teleqram: https://t.me/tvictimai Sayt: https://itv.az/ Copyright © İCTİMAİ TV #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet