У нас вы можете посмотреть бесплатно Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə edildi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir. Müdafiə Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Məhəmməd Bin Mübarək Əl-Fadhel Əl-Məzrui arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan-BƏƏ arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Birgə təlimlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında hərbi əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd edilib. Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Həmçinin müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev BƏƏ-nin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzrui ilə görüşüb. Baş Qərargah rəisləri hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən “Sülh Qalxanı – 2026” birgə təliminin təcrübə mübadiləsinin artırılması baxımından vacibliyini qeyd edib, eləcə də bir sıra digər məsələlər ətrafında danışıblar. Daha sonra, Müdafiə Nazirliyinin rəhbər heyəti “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib. Bizi İzləyin: Whatsapp: https://bit.ly/457kdup Facebook: https://bit.ly/3H6GtMT Instagram: https://bit.ly/46wEkoi Teleqram: https://bit.ly/3INUKP2 Sayt: https://bit.ly/3UzGQme Copyright © İCTİMAİ TV #Azərbaycan, #BƏƏ, #hərbiəməkdaşlıq, #müdafiənaziri, #ZakirHəsənov, #KərimVəliyev, #SülhQalxanı2026, #SilahlıQüvvələr, #hərbitəlim, #beynəlxalqəməkdaşlıq