У нас вы можете посмотреть бесплатно Uzm.Dr.Rəxşəndə Aslanova ilə həftə həftə hamiləlik səyahəti. Hamiləliyin 21. həftəsi. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
21-ci həftəmizə gəldik. Artıq yolun yarısı gedib, daha az hissəsi qalıb. Dölümüzün çəkisi 360 q, uzunluğu başından poposuna qədər 26 sm-dir. Bu həftələrdə dölün sinir sistemi aktiv inkişaf edir. Körpəmiz ətraf səsləri, əsasən isə ananı eşitməyə başlayır, onu hiss edir, işığa, eləcə də toxunuşlara reaksiya verir. Bu həftələrdə analar da öz körpələrinin hərəkətlərini yüngül toxunuş, bağırsaq hərəkəti şəklində hiss etməyə başlayırlar. Körpənin yuxu və aktivlik vaxtları olduğu üçün, analar bu yüngül toxunuşları davamlı şəkildə hiss etməyə bilərlər. Buna görə narahat olmağa dəyməz. Döl hələ çox kiçik olduğu üçün bu həftələrdə onun hərəkətliliyini ölçməyi tövsiyə etmirik. Adətən davamlı hərəkətləri 30-32 həftədən sonra izləməyi məsləhət görürük. 21-ci həftədə dölümüz aktiv şəkildə sidik ifrazatına başlayır. Dölyani mayenin böyük qismi dölün sidik ifrazatının, digər qismi isə ciftin ifrazatının payına düşür. Ona görə də, körpənin böyrək fəaliyyətini dəyərləndirmək məqsədilə həmin həftələrdə dölyani mayenin miqdarına diqqət edirik. Bəs anada hansı dəyişikliklər baş verir? Uşaqlıq böyüdüyü üçün damarlara təzyiq etməyə başlayır. Hamilə xanımlar arxası üzərində uzandığı zaman baş dönməsi yaşaya bilər. Baş dönmələri həmçinin şəkər səviyyəsinin düşməsi ilə əlaqədar ola bilər... Beləliklə, hamiləliyin 21-ci həftəsində baş verən bu və ya digər dəyişikliklər barədə daha ətraflı məlumat almaq üçün videonu sonadək izləyin. Məni izləyin: / dr.rahshanda / vaginizm_mualice_merkezi / uzmra https://rexshendeaslanova.az/ 🏥Baku Medical Plaza Mərkəz filialı 📞0552260635