У нас вы можете посмотреть бесплатно Bəxtiyar Vahabzadə - Oxuma, bülbül или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Şeir: Bəxtiyar Vahabzadə - Oxuma, bülbül Səsləndirmə: Bəxtiyar Vahabzadə Biraddımla'ya YouTubeda abunə olmaq: https://bit.ly/3gsJpm1 Biraddımla'nın sosial şəbəkə ünvanları: Instagram: https://bit.ly/3gsKkms Facebook: https://bit.ly/3GoODKl TikTok: https://bit.ly/3r3sAHt Telegram: https://bit.ly/3unQMn8 E-poçt: biraddimlayol@gmail.com BƏXTİYAR VAHABZADƏ - OXUMA, BÜLBÜL Bu bahar oxuma, bülbül, sən allah. Zülmətdir, Yoluna şam tutanın yox. Şuşan ağlar qaldı, köçdü el-oba Şirin cəhcəhinə dəm tutanın yox. Sən Cıdır düzündə cəh-cəh vuranda Qədir hay verərdi sənə bir anda. İndi bu dağlardan didərgin olduq, İndi bu dağların Qədirləri yox. Elsiz dağ da susar, bulaq da dinməz, Qədirsiz Şuşada qədrin bilinməz. Bu bahar oxuma, bülbül, sən allah. Daşaltı çayının kəsilib səsi, Bizsiz o kükrəməz, o, coşa bilməz. Vallah, inanmıram, bülbül nəğməsi, Hayastan dilinə uyuşa bilməz. Oxuma, oxuma, bülbül, sən allah. Açma xanbülbül, açma, sən bu il, Görürsən, bu bahar bizimçün deyil. Axı, Əhmədlərin, Məhəmmədlərin Qanıyla sulanmış çiçəklər bu il. Ötdü günlərimiz ahlı, amanlı, Sənin hikmətini o əliqanlı Çöllərin gədəsi anlaya bilməz O yerlər bizimçün darıxmırmı bəs? Bizsiz Şuşamızda nələr baş verir? Allah bizə ümid, ona aş verir. Çiçək kimi zərif, su kimi şaqraq, Muğam kimi kövrək, anam Qarabağ, Nəğməli qəlbinlə söylə, sən bu gün Cəllad tapdağına bəs necə dözdün? Qoy bəhər verməsin bu il bu torpaq, Düşmən məzarına o dönsün ancaq! Bizim oylağımız o qəlbi dağlar, Muğam pıçıldayan ayna bulaqlar, Daşaltı çayının daş dələn səsi, Şuşa qalasının "Ərim gəldi"si, Dərin dərələrin daşğın selləri, Natəvan şeirinin "qərənfilləri", San qayadakı bülbül nəvası, Nəvvabın, Xudunun yurdu - yuvası, Nal tökən dağların dar keçidləri, Şuşanın kaşıdan göy məscidləri, Yarış meydanları, cıdır düzləri, Ulu Pənah xanın ayaq izləri Görən, bizim üçün darıxmırmı bəs? Boz qarğa bülbülə tay ola bilməz. Yaxşı ki, ayağı yoxdur onların, Onlar da bizimtək, yoxsa, qaçardı. Onda bu gün kimi gələcəkdə də Zülmə, haqsızlığa haqq əl açardı. Bu ilki bahardan bizə nə? Vallah, Gəlsə də, bu bahar bizimçün deyil. Oxuma, oxuma, bülbül, sən allah, Açma, xarıbülbül, açma, sən bu il. May, 1994 İsfəndiyar Vahabzadə: "...Atamın ən böyük arzusu həkim olmağım idi. Bunun üçün həmişə evdə mübahisə düşürdü. O zamanlar Şərqşünaslıq fakültəsi dəbdə idi. Mən də dəbə uyub bu fakültəyə daxil oldum. Doğrudur, sonradan iki dəfə sənətimi dəyişdim: Politologiyanı və Türkiyədə Diplomatik Akademiyanı qurtardım. Ancaq nəticədə məmur oldum. Atam isə məmur olmağımı heç zaman istəməyib. Mən komsomol və partiya sahəsində işləyirdim. O, həmişə mənim orada işləməyimə gülürdü. Deyirdi, bu nədir işləyirsən, get özünə əməlli iş tap. Mən isə bu sahəyə ona görə getmişdim ki, atamı və atam kimi millətsevərləri o orqanlarda qoruyacaq bir adam olsun. Çünki orada bizdən birinə ehtiyac var idi. Hətta o zaman yeni təyinatım zamanı Heydər Əliyevin qəbulunda olarkən o, mənim sənədlərimlə, əvvəl işlədiyim yerlərlə tanış olanda gördü ki, partiyada rəhbər vəzifələrdə işləmişəm, güldü, dedi ki, sənin atan həmişə Soveti də, partiyanı da söyüb, bəs sən kimə çəkmisən? Əslində mən partiyaya inanmırdım, ancaq dövr məndən bunu tələb edirdi. Atam həmişə mənə deyirdi ki, milli məsələlərdə mən birəmsə, sən beşsən. İnsan yaşa dolduqca daha çox atasına ehtiyac duyur. Məncə, Bəxtiyar Vahabzadənin oğlu olmaq asandır, İsfəndiyar Vahabzadə olmaq isə çətindir. O sağ olanda hər şey daha asan idi. Mən uzaqda, yad insanların içində işləyirdim. Orada kim idi Bəxtiyar Vahabzadəni tanıyan? Yəni, mənim onun adından istifadə etmək şansım yox idi. Ancaq həmişə arxayın idim ki, arxamda atam var. Xaricdə erməni diplomatları ilə üz-üzə gələndə çox zaman onları müdafiə edənlər olurdu, mən təklənirdim, səsimi çıxara bilmirdim. Tək təsəllim atama yazdığım məktublarım olurdu. Hər şeyi ona danışırdım, ondan məsləhət istəyirdim. O da sözləri ilə həmişə mənə dayaq olurdu. Ata nəvazişini çox görməsəm də, onun oğlu olmaq, onun varlığını hiss etmək daha asan idi, nəinki İsfəndiyar Vahabzadə kimi tək yaşamaq..." #bextiyarvahabzade #oxumabulbul #isfendiyarvahabzade #biraddimla #biraddimlayol