У нас вы можете посмотреть бесплатно Şəhid – Elxan Rzayev | Dastana Dönən HEKAYƏLƏR layihəsi (Sabirabad) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
📍 “Dastana dönən HEKAYƏLƏR” layihəsi çərçivəsində bu dəfə yolumuz Quru Qoşunlarının əsgəri, şəhid Elxan Rzayevin ailəsinə oldu. Bu ziyarət bir ailə görüşü deyildi. Bu, auditoriyadan səngərə gedən bir müəllimin, təhsildən silaha keçən bir vətəndaşın Vətən qarşısında verdiyi ən ağır imtahanın hekayəsi idi. Layihə Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olaraq, Mingəçevir Dövlət Universitetinin və Sabirabad Gənclər Evinin dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Müşfiq Tarıverdiyevdir. Məqsədimiz şəhidlərimizin həyat yolunu unudulmayan yaddaşa çevirmək, bu hekayələri gənclərə olduğu kimi çatdırmaqdır. Elxan Rzayev 1994-cü il aprelin 15-də Sabirabad rayonunun Qəzli kəndində anadan olub. Məktəb yolunu bitirdi, kollec oxudu, hərbi xidmət keçdi. 2020-ci ildə isə Sumqayıt Dövlət Universitetinə daxil oldu. Amma tarix elə bir çağırış etdi ki, Elxanın yolu auditoriyaya yox, cəbhəyə düşdü. Atası Ariz kişi deyir ki: 🔹️ “Dərsi vardı. Müəllim kostyumunu çıxarıb, hərbi formanı geyindi. Bu dəfə düşmənə dərs verməyə getdi…” Elxan könüllü olaraq Vətən müharibəsinə qatıldı. Cəbrayıl və Qubadlı istiqamətində gedən ağır döyüşlərdə iştirak etdi. Cəbrayılda yaralansa da, bunu ailəsindən gizlətdi. Sağaldı… və yenidən ön xəttə qayıtdı. 2020-ci il 1 noyabr tarixində Qubadlının Çardağlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Bu gün Elxan doğulduğu Qəzli kəndində uyuyur. Bir vaxt iki bacının tək qardaşı idi, bu gün bir xalqın fəxri oğludur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Biz inanırıq: Bəzi insanlar Vətəni sadəcə sevmir – onu yaşayır. Elxan Rzayev də məhz belə yaşayanlardan idi. 🇦🇿